PDF Oxu

Siyasət

  • 4 584

"Heydər Əliyev Azərbaycanın xilaskarıdır" AÇIQLAMA-ÖZƏL

"Heydər Əliyev Azərbaycanın xilaskarıdır" AÇIQLAMA-ÖZƏL

“Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin tarixində misilsiz rola malikdir. Ulu Öndəri bir sözlə ifadə etmək lazım gəlsə, o zaman biz Onu Azərbaycanın xilaskarı adlandırsaq daha düzgün olar”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirli deyib.O bildirib ki, Ümummilli lider Azərbaycanı xaosdan, anarxiyadan, vətəndaş müharibəsindən xilas edib: “Təsadüfi deyil ki, 1997-ci ildə ABŞ-a ilk rəsmi səfəri zamanı Ulu Öndərə bu ölkənin XVI prezidenti Avraam Linkolnın büstünü bağışlamışdılar. Avraam Linkolna hər zaman hörmətlə, ehtiramla yanaşılır. Çünki, o olmasaydı bugünkü vahid, birləşmiş ştatlar olmazdı. Ulu öndər də Azərbaycanın tarixində eyni missiyanı həyata keçirib. Azərbaycanın bütövlüyünü qoruyub”.E.Nəsirli söyləyib ki, Azərbaycan dövlətinin bugünkü inkişafı Dahi Şəxsiyyətin adı ilə bağlıdır: “ Bu gün xalqımızın ən böyük təsəllisi odur ki, Ulu Öndər cismən bizi tərk etsə də, Onun siyasi irsi etibarlı əllərdədir. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin siyasətini davam etdirir”.Deputat qeyd edib ki, Prezident İlham Əliyev Ulu Öndərin siyasətini sürətlə dəyişən dünyamızın geosiyasi reallıqlarına adekvat olaraq, hücum taktikası əlavə edərək, çevik şəklində davam etdirir:“Bunun nəticəsidir ki, Azərbaycan bu gün dünyada güclü tərəfdaş kimi tanınmaqdadır. Ölkəmizin beynəlxalq aləmdə böyük nüfuzu var. Elə təsadüfi deyil ki, məhz bu gün ölkəmizdə NATO-nun müttəfiq qüvvələrinin baş komandanı ilə Rusiyanın Silahlı Qüvvələrinin generalı arasında görüş keçirilir. Bu gün Azərbaycan elə səviyyəyə gəlib çatıb ki, dünyanı narahat edən ən mürəkkəb məsələlər, hətta bir-birilə ziddiyyət təşkil edən, qarşıdurma vəziyyətində olan tərəflər belə məsələlərin hansı ölkədə, paytaxtda müzakirə edək sualı ilə üz-üzə gəldikdə fikirləşmədən Bakını seçirlər. Bu Ulu Öndər tərəfindən qoyulan siyasətin uğurlu davamının nəticəsində əldə olunub. Bu gün Azərbaycan Prezidenti dövlətimizi elə sürətlə inkişaf etdirir ki, bu dünyanın diqqətindən yayınmır. Dünyanın liderləri məhz Azərbaycanın paytaxtında ən mürəkkəb siyasi məsələləri müzakirə edirlər”.

sia.az

Digər xəbərlər