PDF Oxu

Siyasət

  • 5 594

"Aztəminatlı ailələrin problemlərinin həllinə dəstək verilir" ÖZƏL-ŞƏRH

"Aztəminatlı ailələrin problemlərinin həllinə dəstək verilir" ÖZƏL-ŞƏRH


"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” imzaladığı Sərəncam hər şeydən öncə ölkə başçısının Azərbaycan vətəndaşlarının rifahını və layiqli həyatının təmin olunmasını daima diqqət mərkəzində saxlamasının bariz göstəricisi kimi qiymətləndirilməlidir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.Deputatın sözlərinə görə, aztəminatlı və sosial qayğıya ehtiyacı olan insanlar ən müxtəlif formlarda hər zaman dövlət qayğısını hiss edirlər: "Bu sosial kateqoriyaya adi olan vətəndaşlarımızın mənzil-məişət problemlərinin həllindən tutmuş onların müalicəsinə qədər, müvafiq daimi müavinətlərdən tutmuş birdəfəlik yardımlara qədər həmişə dövlət tərəfindən dəstək almaqdadırlar. İmzalanan son sərəncama əsasən, ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödənilməsi nəzərdə tutulur. Yardımın ümumi miqdarı 5 milyon manat təşkil edir ki, bu da az məbləğ hesab edilə bilməz.Əlbəttə, dövlətin aztəminatlı ailələrə qayğısı təkcə bununla bitmir. Müxtəlif proqramlar və layihələr çərçivəsində onların məşğulluğunun təmin edilməsi, güzəştli kreditlərin ayrılması ilə xırda sahibkarlara çevrilmələri, əmək bazarında fəal əmək resursu kimi qiymətləndirilmələri üçün böyük işlər həyata keçirilir. Bu proqramlar çərçivəsində təkcə 2018-ci ildə 7 min belə ailə özünüməşğulluq proqramına cəlb edilib. Təkcə son iki il ərzində “Ailə Biznesinə Asan Dəstək” - “ABAD”, “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” (DOST) publik hüquqi şəxs kimi yeni qurumlar yaradılıb. Həyata keçirilən geniş layihələr çərçivəsində aztəminatlı ailələrin problemlərinin həllinə dəstək verilir. Bütün bunlar bir daha Azərbaycanda dövlət siyasətinin mərkəzində ölkə vətəndaşının rifahının dayandığını göstərir”.

sia.az

Digər xəbərlər