“Azərbaycan Prezidentinin aztəminatlı ailələrə birdəfəlik yardımla bağlı imzaladığı sərəncam ilk növbədə humanitar xarakterli addımdır. Ölkə başçısı həmin şəxslərə bu dəstəyi ilk növbədə onların həssas əhali qrupuna aid, istək və qayğıya ehtiyacları olduğu və nisbətən aşağı gəlirli insanlar olduqları üçün göstərib”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.O bildirib ki, Azərbaycan Prezidentinin sərəncamı bayramqabağı aztəminatlı ailələrin maddi və mənəvi vəziyyətinə biganə qalınmadığını bir daha göstərdi: “Əlbəttə öz doğum günü kimi əlamətdar hadisəni qaçqın və məcburi köçkünlərin arasında qeyd etmək kimi sadə həyat tərzi ilə seçilən dövlət başçısının həssas əhali qruplarına davamlı qayğı nümayiş etdirməsi həmişə gözlənilən addımdır”.Baş redaktor söyləyib ki, Azərbaycanda yüz minlərlə xüsusi təbəqə insanlarını əhatə edən ən müxtəlif yardım və dəstək proqramları dövlət siyasətinin tərkib hissəsini təşkil edir: “Azərbaycan bu cəhətdən dünya ölkələrinin böyük bir qismini əhəmiyyətli dərəcədə qabaqlayır. Bunlar onu göstərir ki, Azərbaycan dövləti və şəxsən cənab Prezident imkansız insanları və əhali qruplarını rifah içində, öz yüksək şərəf və ləyaqəti ilə yaşamasını təmin etmək istəyir. Bu o deməkdir ki, Azərbaycanda güclü dövlət və humanist prezident olduğu üçün heç kim öz taleyinin öhdəsinə buraxılmır. Əksinə, dövlət hər kəsə sahib çıxır, iş qabiliyyəti olanları işlə, əmək qabiliyyəti məhdud olanları isə dövlətin sosial müdafiə proqramlarının əhatə dairəsinə alır”.A. Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin sosial müdafiə siyasəti özünün bütün təzahür formaları ilə Konstitusiyada təsbit olunmuş sosial dövlət quruculuğunun təcəssümüdür: “Maraqlı cəhətlərdən biri də budur ki, prezident ölkəmizin iqtisadi qüdrəti möhkəmləndikcə fasiləsiz olaraq belə geniş sosial müdafiə aktları həyata keçirir, gecikmədən addım atır. Bütün bunlar göstərir ki, ölkəmizdə insanlarımızla bağlı bütün müdafiə addımlarının öz zamanında atılmasını reallaşdıran sistem və mexanizmin qurulub və fəaliyyət göstərir. Belə sistemin mövcudluğu sosial müdafiə xarakterli saysız işlərin bundan sonra da davam etdiriləcəyini deməyə əsas verir”.
sia.az