PDF Oxu

Siyasət

  • 4 814

"Qarşıdurmalar Ermənistana çox ciddi ziyanlar vuracaq" ÖZƏL-MÖVQE

"Qarşıdurmalar Ermənistana çox ciddi ziyanlar vuracaq" ÖZƏL-MÖVQE

“Ermənistanda mitinqlərin başlaması politoloqlar tərəfindən proqnozlaşdırılırdı. Çünki Paşinyan siyasətdən kifayət qədər uzaq adam olduğuna görə, onun seçkiöncəsi mitinqlər zamanı verdiyi bəyanatlar, fikirlər həyata keçirilməsi mümkün olmayan məsələlər idi. Ona görə də seçkilərdən sonra da mitinqlərin olacağı gözlənilən idi”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, adətən mitinq, küçə psixologiyası elədir ki, yerində verilən söz daha çox yadda qalır: “İndi də o sözlərin heç biri icra olunmayacaq. Paşinyan da çox gözəl başa düşür ki, onun yürütdüyü siyasət yəni Qarabağla bağlı məsələlər yalnış yoldadır. Fikir verirsinizsə, son zamanlarda hətta Moskvada olan Qevorq Mirzoyandan üzü bəri bütün ən böyük gürcü ermənilər belə Qarabağın, hətta Zəngəzurun da artıq Azərbaycan torpağı olduğunu bəyan edirlər. Bu o deməkdir ki, Ermənistan birmənalı şəkildə Qarabağ kimi bir yükü üstündən atmaq istəyir. Təbii ki, Ermənistanda da mitinqi təşkil edənlər Qarabağ ermənilərdir. Onlar çox gözəl başa düşür ki, Paşinyan yerində möhkəmlənəndən sonra o klan oradan silinəcək. Ona görə də çalışırlar ki, bu məsələ gündəmə gəlsin. Ermənistanda qan töküləcək. Bu birmənalıdır. Hər halda bu qarşıdurmada Ermənistana çox ciddi ziyanlar dəyəcək. Paşinyanın Moskvaya gözlənilən qeyri-rəsmi səfəri də bu məsələlərə xidmət edir”.

sia.az

Digər xəbərlər