PDF Oxu

Siyasət

  • 4 671

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Möhtəşəm quruculuq. Dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Möhtəşəm quruculuq. Dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilib

Dekabrın 24-də Bakıda Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Möhtəşəm quruculuq. Dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilib.

Konfransda Yeni Azərbaycan Partiyasının İdarə Heyəti və Siyasi Şurasının üzvləri, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak ediblər.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov konfransda çıxış edərək deyib ki, ölkəmizin inkişafı ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə bağlıdır. Ötən 15 il ərzində Azərbaycanda böyük quruculuq işləri aparılıb. Ölkəmizin siması əsaslı dərəcədə dəyişib. Bakı şəhərinin əsaslı surətdə yenilənməsi buna bariz nümunədir. Lakin bu inkişaf təkcə Bakı şəhəri ilə məhdudlaşmır, bütün bölgələrimizi əhatə edir. Bu əhəmiyyətli dəyişikliklərin müəllifi isə Prezident İlham Əliyevdir. Dövlətimizin başçısının rəhbərliyi ilə bütün sahələrdə quruculuq işləri aparılır.
Konfransda Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və İqtisadiyyat naziri Şahin Mustafayev çıxış ediblər.

yap.org.az

Digər xəbərlər