"Prezident İlham Əliyevin son 15 ildə ölkəmizə rəhbərliyi ilə əldə olunan nailiyyətlər çox möhtəşəm bir nailiyyətlərdir. Biz möhtəşəm qələbələrə imza atmışıq. İlk növbədə Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyev strategiyasına söykəndi və Heydər Əliyev siyasi kursunu daha da möhkəmləndirdi, modernləşdirdi". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyanın Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov deyib.Deputatın sözlərinə görə, bu kurs Azərbaycan xalqının bütün istək və maraqlarını ifadə etdiyi üçün məhz dövlət başçısının həyata keçirdiyi bugünkü siyasət birbaşa Azərbaycan vətəndaşlarının maraqlarına və sosial-rifah halının yüksəlməsinə yönəlib: "Biz son 15 il ərzində siyasi və diplomatik nailiyyətlərimizi əgər bir cümlə ilə ifadə etmiş olsaq, onu qeyd edə bilərik ki, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ilə bağlı 153 dövlətin səsini əldə edib. Bu Azərbaycanın siyasi fəaliyyətinin ən böyük göstəricisidir. Eyni zamanda ölkəmizin müdafiə qüdrətinin artmasını göstərə bilərik. Bu illər ərzində Azərbaycan Ordusu Lələ Təpə yüksəkliyində zəfər qələbəsini qeyd etdi. Bu Azərbaycan Ordusunun özünə inamının və dünyada ən güclü ordular sırasında olmasının bir bariz nümunəsi idi.Ölkə iqtisadiyyatı son 15 il ərzində 3.2 dəfə artıb. Bu çox böyük bir göstəricidir. Valyuta ehtiyatlarımız 1 milyon 800 mindən 46 milyarda kimi yüksəlib, dövlət büdcəmiz 11 dəfə artıb, 2 min kilometrə yaxın yol çəkilib, 3 mindən çox məktəb təmir olunub, tikilib. Eləcə də 600-dən çox xəstəxana tikilib istifadəyə verilib. Bu kimi nailiyyətlərimizin sayı hədsiz çoxdur. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qarşısında duran ən böyük nailiyyətlərdən biri qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bu sahədə Azərbaycan iqtisadiyyatı özünün nailiyyətlərini ilbəil artırır”.
sia.az