PDF Oxu

Siyasət

  • 4 013

"Ölkəimizin sabahını düşünən Liderimiz var" ÖZƏL-MÜNASİBƏT

"Ölkəimizin sabahını düşünən Liderimiz var" ÖZƏL-MÜNASİBƏT

“Biz xoşbəxt ölkənin vətəndaşlarıyıq ki, ölkəimizin sabahını düşünən Liderimiz var. Məhz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 15 il ərzində böyük inkişaf yolu keçib”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Deputatın sözlərinə görə, bu inkişaf həm ölkəmizin iqtisadi sferasında, həm də beynəlxalq sferada böyük uğurlara imza atıb: “Ölkəmizin iqtisadi inkişafı cənab Prezidentin hakimiyyətinin ilk günlərindən başlayaraq xüsusi proqramlarla düşünülmüş qaydada inkişaf etməyə başlayıb. 2004-cü ildən həyata keçirilməyə başlamış “Regionların Sosial İqtisadi İnkişafı” Dövlət Proqramının ilk mərhələdə icrası demək olar ki, Azərbaycanın sosial və iqtisadi sferasını tamamilə dəyişib. Azərbaycanın bu 15 il ərzində keçdiyi iqtisadi inkişaf, əldə etdiyi uğurlara bəzi ölkələr heç yüz illər ərzində nail ola bilmir. Məsələn, son 15 il ərzində Azərbaycanın ölkə iqtisadiyyatı 3.2 dəfə, qeyri-neft iqtisadiyyatı 2.8 dəfə, qeyri-neft ixracı 4.1 dəfə artıb. Bütün bunlar böyük göstəricilərdir. Ölkəmizin dövlət büdcəsinin gəlirləri 13.3 dəfə artıb. Əgər 2004-cü ildə valyuta ehtiyatlarımız 1.8 milyard dollar idisə, artıq bu rəqəm 46 milyard dollara çatmaq üzrədir. Bu valyuta ehtiyatlarımızın 24 dəfədən çox artması deməkdir. Ölkəmizin iqtisadiyyatına 235 milyard dollardan çox sərmayə yatırılıb”.

sia.az

Digər xəbərlər