PDF Oxu

Siyasət

  • 4 372

"Rusiya ilə münasibətlərimizdə problem yoxdur" ÖZƏL-MÖVQE

"Rusiya ilə münasibətlərimizdə problem yoxdur" ÖZƏL-MÖVQE

Azərbaycan Prezidenti cənab İlham Əliyev Rossiya 24 kanalına müsahibəsində haqlı olaraq bildirdi ki, mehriban qonşu və etibarlı dostlar olan Rusiya və Azərbaycan arasında münasibətləri çox sürətlə inkişaf edir. Ümumiyyətlə biz hər zaman istəmişik ki, Rusiya ilə qonşuluq münasibətlərini inkişaf etdirək. Belə baxanda bizim Rusiya ilə münasibətlərimizdə ciddi elə bir problem yoxdur". Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.Politoloqun sözlərinə görə, hər iki ölkə arasında iqtisadi əlaqələr və əməkdaşlıq var: "Amma yalnız bir məsələ qalır o da bizi çox ciddi narahat edir. Biz bilirik ki, Ermənistan Rusiyanın təsiri altındadır və faktiki vassalıdır. Həmçinin onu da bilirik ki, rəsmi Moskva istəsə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirə bilər. Çox təəssüf ki, bu hələ də baş verməyib. Amma buna baxmayaraq əməkdaşlıq inkişaf edir. Belə baxanda guya Ermənistan Rusiyanın strateji müttəffiqi sayılır amma rəqəmlərə nəzər salsaq görərik ki, Rusiya-Azərbaycan iqtisadi ticarət münasibətləri Rusiya-Ermənistan iqtisadi ticarət münasibətlərini dəfələrlə üstələyib. Təkcə elə biz Rusiyadan bir neçə il ərzində 5 milyard dollar civarında silah-sursat almışıq. Bu Rusiya istisadiyyatı üçün böyük bir dəstəkdir. Bunu nəzərə alaraq düşünürəm ki, nəhayət Rusiyada müəyyən bir məntiqi nəticəyə gəlinməlidir ki, əgər Azərbaycanla strateji tərəfdaşlığın inkişafını istəyirlərsə, Qarabağ münaqişəsinin həllini sürətləndirmək lazımdır. Çünki torpaqlarımız işğalda qaldığı müddətdə bölgədə heç bir zaman sülh və barış olmayacaq. Buna baxmayaraq siyasi təmaslar davam edir və iqtisadi əməkdaşlıq da mövcuddur. Yetər ki, Rusiya Ermənistana təsir etsin.

sia.az

Digər xəbərlər