PDF Oxu

Siyasət

  • 5 018

Əli Kərimli “Milli Şura”nı əvəzləmək istəyir – yeni “hərəkat” planı ANALİTİK+MÜXALİFƏT

Əli Kərimli “Milli Şura”nı əvəzləmək istəyir – yeni “hərəkat” planı ANALİTİK+MÜXALİFƏT

Yaxud, Cəmil Həsənlidən bir şey çıxmadı

AXCP sədri Əli Kərimlinin trolları vasitəsi ilə sosial şəbəkələrdə var-gəl etməsi artıq kimsəyə qaranlıq deyil. Lakin bir müddət susqunluğundan sonra onun yenidən Facebook, YouTube və s. sosial şəbəkələrdə canlı yayıma çıxması, eləcə də Avropada “siyasi mühacir” adı altında fəaliyyət göstərən siyasi dəllalların efirlərinə çıxaraq, “inqilab” eyforiyasına düşməsi bir sıra digər məqamları ortaya çıxarmaqdadır. İlk növbədə xatırlaya bilərik ki, bu dəfə də Qərbdəki havadarlarına arxalanan AXCP sədri növbəti dəfə 2005-ci ilin ab-havasına qayıtmağı xəyal edir.
Utopik, eləcə də tipik çayxana şivənçiliyi
Məhz həmin dövrlərdə də küçə müxalifətçiliyi edən Ə.Kərimli və s. radikal müxalifət təmsilçiləri tərəfdarlarının başları üzərinə o zamankı ABŞ prezidenti Corc Buşun şəkillərini qaldırmağı əmr etmişdilər. Guya bununla ABŞ da daxil olmaqla, Qərbə “hazırlıq” siqnallarını ötürdüklərini sanan qaragüruhçular nəticədə gözləmədikləri halla qarşılaşdılar – Qərb, Azərbaycan demokratiyasına və bu demokratiyanı inkişaf etdirən hakimiyyətlə iş birliyi aparmağı daha vacib faktor kimi qəbul etdi.
Çox yəqin ki, AXCP sədri bu dəfə də özünü sözügedən istiqamətdə və “yeni müxalifətçilik ampluasında” sınamaq qərarına gəlib və Avropanın “söyüş müxalifəti” ilə eyni qazandan yeyib, Azərbaycan hakimiyyətinə və dövlətinə qarşı çıxmağı planlaşdırır. Əbəs deyil ki, Ə.Kərimli demək olar ki, günaşırı şəkildə onların “qonaqlarına” çevrilməkdədir. O, bu vasitə ilə “yeni hərəkat” yaradılması “vacibliyindən” dəm vurur, ölkədə “xalq üsyanı” deyilən utopik, eləcə də tipik çayxana şivənçiliyi yaradacağına inanır. Hətta Kərimlinin yaxın vaxtlarda yarandığı gündən ölü doğulan “Milli Şura”nı buraxıb, “yeni hərəkat” yaradacağı ilə bağlı dolayı, həmçinin birbaşa fikirləri də diqqətdən yayınmır.
Əli Kərimlinin yeni “Cəmil Həsənlisi” Mehman Əliyev olacaq...?
Həmçinin, Ə.Kərimlinin siyasi müstəvidə heç bir uğura imza ata bilməyən Cəmil Həsənlidən yaxa qurtarmaq istəyi də özünü büruzə verməkdədir. Onun bu dəfə yeni “Cəmil Həsənli” kontekstində Mehman Əliyev kimi adamlardan istifadə edəcəyi barədə informasiyalar da məlum olmaqdadır. Necə deyərlər, Ə.Kərimli artıq etiraf edir ki, nə “Milli Şura”dan, nə də C.Həsənlidən bir şey çıxmadı. Lakin bütün bunlar qalsın bir tərəfə...
Fəqət, yenə də diqqət çəkən məqam isə budur ki, Qərbdəki bəzi dairələr, istərsə də onların Azərbaycanda fəaliyyət göstərən Ə.Kərimli tipli agentura şəbəkəsi “inqilab” adı altında ölkəmizdə öz çirkin maraqlarını reallaşdırmaq məqsədlərindən əl çəkmək niyyətində olmadıqlarını göstərirlər.
Qərbin normal düşüncəli siyasi çevrələri heç bir halda nə Əli Kərimliyə, nə də onun son vaxtlar efirlərinə çıxdığı “söyüş müxalifətinə” qətiyyən bel bağlamır
Lakin Qərbin özündə də kəskin fikir ayrılıqları və ziddiyyətlər mövcuddur. Daha doğrusu, istər ABŞ-da, istərsə də Avropanın bir sıra aparıcı siyasi dairələrində fəaliyyət göstərən iqtidar təmsilçiləri birmənalı olaraq, Azərbaycan hakimiyyəti ilə əlaqələrini nəinki saxlamaq, o cümlədən, davamlı qaydada inkişaf etdirmək marağındadırlar. Onların qarşısına çıxan digər qüvvələrin isə bu iqtidarlara nə gücləri çatır, nə də digər imkanları. Bir sözlə, bu gün Qərbin aparıcı siyasiləri bütövlükdə Azərbaycan hakimiyyəti ilə sıx münasibətlər saxlamağa, iqtisadi və s. sahələrdə ölkəmizlə əlaqələrini qurmağa səy göstərirlər. Belə olan halda, bəri başdan qənaətə gəlmək mümkündür ki, Ə.Kərimlinin planları yenə də fiaskoya doğru sürətlə yuvarlanır.Beləliklə, Qərbin normal düşüncəli siyasi çevrələri heç bir halda nə Ə.Kərimliyə, nə də onun son vaxtlar efirlərinə çıxdığı “söyüş müxalifətinə” qətiyyən bel bağlamır. Əksinə, rədd edir və əgər bu reallıq ortadadırsa, hətta AXCP sədrinə anti-Azərbaycan dairələrindən dəstəklər göstərilərsə belə, onun yenidən küncə sıxışdırılacağı mütləqdir.

sia.az

Digər xəbərlər