PDF Oxu

Siyasət

  • 4 335

"2018-ci il olduqca uğurlu bir il kimi yadda qaldı” ÖZƏL-ŞƏRH

"2018-ci il olduqca uğurlu bir il kimi yadda qaldı” ÖZƏL-ŞƏRH

“Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki əslində həm də 2018-ci ildə görülən işlər və 2019-cu ildə qarşıda duran vəzifələrlə bağlı bir növ qısa hesabat idi”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Deputatın sözlərinə görə, təqdim olunan rəqəmlərdən və hesabatdan da göründüyü kimi 2018-ci il xalqımız üçün bir sıra mühüm məsələlərlə bağlı əlamətdar olub: “Yola saldığımız 2018-ci ili xarakterizə edən əsas cəhətlər onun sabit inkişaf ili kimi yadda qalması, bir sıra problemlərin həll edilməsi, eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun daha da artması və ən nəhayət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yeni münbit şərtlərin ortaya çıxması olub. Əgər biz bu qısa ümumiləşdirməni bir qədər dərindən təhlil etməyə çalışsaq görəcəyik ki, əldə etdiyimiz bu naliyyətlər 2015-2017-ci illərdə ölkəmizdə həyata keçirilən konstitusion və istitusional islahatlar sayəsində mümkün olmaqla 2018-ci ilin inkişaf şərtlərini formalaşdırıb. Yola saldığımız ilin aprel ayında keçirilən Prezident seçkiləri və onun nəticələri isə həyata keçirilən islahatlara xalqın dəstəyinin ifadəsi olmaqla milli iradənin legitim əsaslar formalaşdıraraq Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi kursunun davam etdirilməsinin təminatçısı olub. Ona görə həm iqtisadi, həm də siyasi baxımdan heç də sadə olmayan beynəlxalq şərtlər içində Azərbaycan bu naliyyətləri əldə edib.2018-ci ildə Azərbaycanın həyata keçirdiyi bir sıra beynəlxalq layihələr başa çatıb və ölkəmiz üçün real gəlirlər gətirməyə başlayıb. Bunlar ilk növbədə Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində bu layihənin mühüm seqmenti olan TANAP qaz kəməri layihəsinin tikilib başa çatdırılması, eyni zamanda ölkəmizin xaricdə ən böyük investisiyası hesab edilən “Star Rafina” neft emalı zavodunun açılışı olub. Bu layihələrin reallaşdırılması təkcə ölkəmiz üçün deyil, digər tərəfdaş ölkələr üçün də mühüm hadisəyə çevrilib, Avropanın enerji təhlükəsizliyi üçün mühüm alternativ kimi özünü təsdiq edib, eyni zamanda Azərbaycan-Qərb münasibətlərində yeni etibarlı iqtisadi körpü rolunu oynamağa başlayıb. Türkiyə-Azərbaycan strateji müttəffiqliyini iqtisadi müstəvidə daha da dərinləşdirməklə hər iki tərəfin gücünü və nüfuzunu bir qədər də artırıb. Yadda qalan əsas iqtisadi hadisələrdən bir də Sumqayıt Polimerlər Kimya Sənayesi Müəssisəsinin işə düşməsi olub ki, bu zavod Azərbaycanda qeyri-neft ixracının xüsusi çəkisinin xeyli dərəcədə artmasını təmin edib. Ölkəmizdə çoxsaylı sənaye məhəllələri və aqrar sənaye kompleksləri tikilib istfadəyə verilib. Üzümçülüyün, pambıqçılığın, baramaçılığın, şərabçılığın, tütünçülük sənayesinin inkişafı ilə bağlı olduqca böyük işlər görülüb. Görülən işlər 2019-cu ildəki inkişafımız üçün yeni münbit əsaslar yaradıb ki, əslində bu da yeni ildə əldə edəcəyimiz uğurlar üçün baza rolunu oynayacaq. Sosial sahədə çox böyük işlər görülüb. Əhalinin aztəminatlı təbəqəsinin problemləri daima diqqət mərkəzində saxlanılıb, şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsinə başlanılıb və bu proses davam edir. Qaçqın və məcburi köçkün ailələrinə təkcə 2018-ci ildə 5800 mənzil verilib ki, bu da rekord göstərici hesab oluna bilər.Yola saldığımız il Azərbaycanın beynəlxalq nüfuzunun artması ili kimi də səciyyələndirilə bilər. Beynəlxalq uğurlar sırasında ilk növbədə Azərbaycanın Avropa İttifaqı ilə imzaladığı “Tərəfdaşlığın Prioritetləri” sənədinin paraflanmasını qeyd etmək olar. Bu sənəd ölkəmizin ərazi bütövlüyü və sərhəd toxunulmazlığının bir daha Avropa İttifaqına üzv olan ölkələr tərəfində dəstəklənməsi və qəbul edilməsi ilə əlamətdardır. İkinci mühüm naliyyət Xəzər dənizinin hüquqi statusu ilə bağlı hüquqi konvensiyanın imzalanması sayıla bilər ki, bu da Azərbaycanın xarici siyasətini uzun illərdir məşğul edən məsələlərdən biri idi. Konvensiyanın imzalanması Xəzər hövzəsində qarşılıqlı inteqrasiyanın təmin edilməsi və mövcud resursların koordinasiyalı və səmərli istifadə edilməsi baxımından olduqca mühümdür. Bu konvensiya Xəzər hövzəsində yeni cəlbedici iqtidadi təmərküzləşmə yaradacaq ki, bu da turizm, mədəni və humanitar sahələrdə yeni inkişaf perspektivləri formalaşdıracaq. Ən əsas məsələ isə heç şübhəsiz ki, işğalçı ölkənin küncə sıxışdırılması, erməni təxribatına qarşı bir neçə uğurlu hərbi əməliyyatların keçirilməsi oldu ki, bu da 2019-cu ildə problemin həllinə yeni aktiv impulslar daxil etdi. Ona görə də 2018-ci il ən müxtəlif aspektlərdən baxanda olduqca uğurlu bir il kimi yadda qaldı”.

sia.az

Digər xəbərlər