“Ümidvaram ki, 2019-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm addımlar atılacaq. Çünki Ermənistan bu addımları atmaq məcburiyyətindədir”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib.O bildirib ki, əgər 2019-ci ildə Ermənistan problemin həlli istiqamətində konstruktiv mövqeyə gəlməsə, öz müstəqilliyini bərpa edə bilməyəcək və vəziyyəti daha da ağır olacaq.Azərbaycanın 2019-ci ildə də strateji xarici siyasətini davam etdirəcəyini deyən A. Mollazadə deyib ki, bu siyasətin əsas prinsipini ölkələr arasında əməkdaşlıq və tərəfdaşlıq əlaqələri qurmaq, inkişaf təşkil edir: “Hesab edirəm ki, cari ildə də bu prinsip əsas götürülərək, digər ölkələrlə qarşılıqlı maraqlar əsasında əməkdaşlıq sistemini davam etdirəcək”.
siaşaz