PDF Oxu

Siyasət

  • 3 741

"Biz ancaq özümüzə və Ordumuza arxayın olmalıyıq" ÖZƏL-ŞƏRH

"Biz ancaq özümüzə və Ordumuza arxayın olmalıyıq" ÖZƏL-ŞƏRH

“Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində birmənalı olaraq diqqətə çatdırdı ki, Azərbaycanın güclü hərbi potensialı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas amildir. Biz yenə də ümid edirik ki, Ermənistan hakimiyyəti mənfiliyi qəbul edərək işğal faktına son qoyan danışıqlarda pozitiv yanaşma ortaya qoysun. Amma yenə də bizim çox güclü təcrübəmiz var”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.Politoloqun sözlərinə görə, əgər heç bir addım olmazsa, ordu gücləndirilməlidir və düşmənə qarşı təzyiq artırılmalıdır: “Prezident cənab İlham Əliyev bütün söylədiklərində bunu nəzərdə tutub. Bizim son iki ildə bunun örnəkləri var. 2016-cı ilin aprel döyüşləri və ötən il Naxçıvanda ərazilərin işğaldan azad olunmasıdır. Ölkə başçısı ona işarə edirdi ki, əgər Ermənistanın yeni hakimiyyəti pozitiv yanaşma ortaya qoymasa, biz həmin siyasəti davam etdirəcəyik”.E.Şahinoğlu bildirib ki, əgər bu məsələlərdə Rusiya mövqe ortaya qoysa idi, bunu 25 il sonra da edə bilərdi: “Amma çox təəssüf ki, Rusiya Ermənistan hakimiyyətinə təsir etmək istəmir ki, Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapsın. Biz Rusiyaya ümid etməməliyik. Biz ancaq özümüzə və ordumuza arxayın olmalıyıq. Rusların bir yaxşı sözü var: “Rusiyanın yeganə müttəffiqi onun ordusu və hərbi dəniz donanmasıdır”. Məncə bizdə də eyni strategiya olmalıdır. Çünki bizim də yeganə müttəffiqimiz ordumuz olmalıdır ki, yalnız onun gücü ilə münaqişənin həllini sürətləndirə bilək. Çünki Ermənistanda heç bir prezident və ya baş nazir öz istəyi ilə hətta daxilən bunu anlasa belə, Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayacaq”.

sia.az

Digər xəbərlər