PDF Oxu

Siyasət

  • 3 954

“Davos Forumu qeyri-rəsmi görüşün davam etdirilməsi üçün bir stimuldur” ÖZƏL-MÖVQE

“Davos Forumu qeyri-rəsmi görüşün davam etdirilməsi üçün bir stimuldur” ÖZƏL-MÖVQE

"Davos İqtisadi Forumunda Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin qeyri-rəsmi görüşü gələcək danışıqların etibarlı şəkildə davam etdirilməsi üçün bir stimuldur". Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.Politoloqun sözlərinə görə, Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyi imkan verir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli və regionda davamlı sülhün yaranması üçün əməli işlər görülsün: "Paşinyanın danışıqlara açıq olduğu görünür. Mən bu istəyin səbəbləri barədə geniş dayanmaq istəmirəm.Təbii ki, bu işin başında Azərbaycanın uğurlu "Qarabağ siyasəti" dayanır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların növbəti görüşündən sonra əldə olunmuş razılaşmaya görə hər iki xalq barışığa hazırlanmalıdır. Bunun üçün ilk növbədə danışıqları üçüncü tərəfin iştirakı olmadan aparılması çox vacibdir. İnanıram ki, Azərbaycan tərəfi ermənilərin bundan sonra Dağlıq Qarabağda qarantiyalı yaşamasını təmin edə bilər".

sia.az

Digər xəbərlər