PDF Oxu

Siyasət

  • 3 730

"Avropa fil boyda faktı görməzdən gəlməklə öz imicinə ciddi xələl yetirir" ÖZƏL-MÖVQE

image

“Avropanın demokratiya, insan hüquq və azadlıqlarından danışan təşkilatları buyurub baxsınlar. Ermənistandakı biabırçılığı, hüquqi nihilizmi görsünlər və ortaya mövqe qoysunlar. İkili standartlarını tərgitsinlər, öz qətnaməmələrini yalnız özlərinə sərf edəndə, öz maraqları təmin olunanda qəbul etməsinlər. Anlasınlar ki, qeyri-obyektiv yanaşma ilə, dünyanın bir tərəfində qarışqa boyda faktı şişirdib fil eləmək, digər yanda isə fil boyda faktı görməzdən gəlməklə öz imiclərinə ciddi xələl yetirirlər. Mger Yegiazaryanın kimliyini, necəliyini təftiş etməyəcəm. İlanın qarasına da, ağı da... Amma adam aclıq aksiyası keçirib və həbsxanada vəfat edib”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.Deputatın sözlərinə görə, Avropa Təşkilatları üçün bu cür məsələlər önəm kəsb etsə idi bir maraq göstərərdilər, siyasi qərar verərdilər: “Niyə vermirlər? Biz illərdir bu cür nüanslardan danışırıq, buna görə məlum təsisatları ikili standart yürütməkdə günahlandırırıq, qınayırıq. Ermənistanda despot rejimi fəaliyyət göstərir, burada illərdir qeyri-demokratik bir mühit var. Avropanın “demokratiya aşıqləri” ilk öncə həmin mühiti təftiş etsinlər, ondan sonra kiməsə məsləhət vermək həvəsinə düşsünlər”.

sia.az

Digər xəbərlər