ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun prezident İlham Əliyevə zəngi adi zən deyil. Çünki, Bolton həm regionda, həm qlobal şəkildə, həm də ABŞ-ın özündə milli təhlükəsizlik, Nüvə problemləri ilə bağlı bütün prosesləri bilən və onların idarə edilməsində iştirak edən şəxsdir”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi-şərhçi Arzu Nağıyev deyib.Boltonun məhz Azərbaycan prezidentinə zənginin mühüm əhəmiyyət kəsb etdiyini deyən siyasi şərhçi söyləyib ki, telefon danışığının Davos İqtisadi Forumu, eləcə də ölkə başçısı ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi söhbətindən sonra baş tutması təsadüfi deyil:“ Bildiyiniz kimi Azərbaycan Prezidenti Davos İqtisadi Forumunda həm regional təhlükəsizliklə bağlı mövcud təhdidlərin qarşısının alınması, eyni zamanda qlobal təhlükəsizliklə bağlı mühüm məqamlara toxundu. Ölkə başçısının forum çərçivəsində keçirdiyi görüşlər də gələcəkdə iqtisadi layihələrə qoyulacaq sərmayələrin məhdudiyyətlərin necə aradan qaldırılmasına yönəlmişdi. Məhz bu forumdan sonra Boltonun Azərbaycan prezidentinə zəngi göstərir ki, həm müşavirin özü, həm də onun aparatı tam şəkildə regionda baş verən proseslərə, eyni zamanda təhlükəsizlik məsələlərinə tam şəkildə nəzarət edir”.A. Nağıyev söyləyib ki, Boltonun zəngi eyni zamanda Azərbaycanın ABŞ-la bir strateji əməkdaşlıq müstəvisində olan bir dövlət olduğunu göstərir: “Hə riki dövlət eyni məram, eyni problemlərin həlli üçün çalışan dövlətdir. Azərbaycanla ABŞ arasında bu məsələlərdə müəyyən kəsişmələr var. Düşünürəm ki, bu zəng bu kəsişmələrə aydınlıq gətirmək üçün mühüm əhəmiyyət kəsb edir”.Tramp hökumətinun əvvəlki hakimiyyətdən fərqli olaraq erməni lobbiçiliyindən nə mənəvi, nə də maddi dəstək almadığını deyən ekspert bildirib ki, yeni hakimiyyət əvvəlkindən fərqli olaraq Azərbaycana yalnız insan hüquqları baxımından deyil, həm də iqtisadi tərəfdaş kimi baxır: “Bunun nəticəsidir ki, ABŞ İrana qarşı olan sanksiyalarda Azərbaycanla bağlı məqamlara sanksiya tətbiq etmir. Bütün bunlar iki dövlət arasında strateji əməkdaşlığını göstərir”.Ekspert bildirib ki, Azərbaycanın mühüm geosiyasi, həm də mühüm coğrafi mövqedə yerləşməsi bütün xətlərin ölkəmizdən keçməsinə səbəb olur: “Bunu ABŞ-da dəyərləndirməyə başlayıb. Çünki, ABŞ-ın İran, Əfqanıstan, Rusiya, Türkiyə ilə bağlı istiqamətləri Azərbaycandan keçir”.ATƏT-in Minsk qrupunun həmsədri dövləti olan ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi istiqamətində səylərinə toxunan A. Nağıyev vurğulayıb ki, bu məsələyə bir neçə rakursdan baxmaq olar: ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində iqtisadi mənafelərini qorumağa çalışır. Çünki, regiona hər hansı bir sərmayənin yatırılması üçün münaqişənin həlli vacibdir. ABŞ-ın böyük şirkətləri də bundan maraqlıdır. Çünki, bu onlara böyük iqtisadi dividentlər gətirə bilər. Digər tərəfdən geosiyasi, siyasi tərəfdən də münaqişənin həlli ABŞ üçün müsbət haldır. Çünki, bununla ABŞ İrana daha da yaxınlaşmış olacaq. Bundan başqa problemin həlli ilə ABŞ Rusiyanı sıradan çıxara bilər. Son zamanlar Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında ayaqüstü görüşlər, mövqelərin daha çox aydınlaşması üçüncü tərəfləri kənarda saxlayır. Əgər əvvəllər münaqişənin həllində Rusiyanın açar rolunda olduğu bildirilirdisə, bu gün ABŞ burada da rolunu artırmağa çalışır. Kim münaqişənin həllinə nail ol bilsə, o əlbəttə ki, Azərbaycanın dostuna çevrilmiş olur və qarşısına qoyduğu məqsədlərə çatmaq imkanları genişlənir. Bu baxımdan düşünürəm ki, ABŞ problemin həllində daha maraqlıdır”.
sia.az