"Elçibəyi təhqir etdirən Əli Kərimlinin Rəsulzadə sevgisi yalandır”. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib.Partiya funksioneri öncə onu vurğulayıb ki, Məhəmməd Əmin Rəsulzadə Cümhuriyyətin qurucularındandır. Çox böyük xidmətləri olmuş şəxsiyyətdir: "O, hər birimizindir, bütün Azərbaycan xalqınındır. Rəsulzadəni hər zaman hörmətlə anmaq vətəndaş olaraq bizim mənəvi borcumuzdur. Cənab Prezidentin 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı "Cümhuriyyət İli” elan etməsi də həmin dövrə və quruculara verilən dəyərin ifadəsi idi.
O baxımdan Rəsulzadə ilə bağlı istənilən şəxsin, ələlxüsus da radikal düşərgənin, Əli Kərimlinin, Cəmil Həsənlinin onun adından sui-istifadə edərək öz siyasi məqsədlərini reallaşdırmaq, manipulyasiya etmək, buna siyasi çalarlar vermək qətiyyətlə pislənilir. Rəsulzadəni öz çirkin siyasi məqsədlərinə qurban verənlər ən ağır ifadələrə layiq şəxslərdir.Milli Azadlıq Hərəkatını quran, Azərbaycanın ikinci dəfə öz müstəqilliyini əldə etməsində böyük xidmətləri olan mərhum Əbülfəz Elçibəy xəyanət edən, "Azadlıq” qəzetində onu təhqir edən Əli Kərimli Rəsulzadəyə hörmət qoyarmı? Ə.Kərimlinin Rəsulzadə sevgisi nə qədər ola bilər? Siyasətdən kənar, tarixdən xəbərsiz olan gənclərə üzümü tutub deyirəm ki, Əli Kərimli barədə keçmiş xatirələri oxusunlar. Onun necə xəyanət etdiyini bilsinlər. Partiyanı parçalayan, pul verdiyi jurnalistlərin əli ilə insanları təhqir etdirən məhz Əli Kərimlidir”.N.Orduxanlı bildirib ki, Əli Kərimli Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan Bütöv Azərbaycan Birliyinin bir iclasına belə qatılmayıb. Hər zaman bu qurumun fəaliyyətinə lağ edib, gözdən salmağa çalışıb: "Əli Kərimlinin Azərbaycan və Rəsulzadə sevgisi yalandır. O və ətrafında şəxslər bütün hallarda ictimai proseslərdə, mühüm hadisələrdə, matəm günlərində yalnız özlərinin məqsədlərini ortaya qoyublar. İndi də siyasətdən xəbəri olmayan 200-300 nəfərlə siyasi şou göstərməyə cəhd edirlər. Mən Əli Kərimlinin Vətən sevgisinə, tarixi şəxsiyyətlərə hörmət göstərməsinə, səmimiyyətinə qətiyyən inanmıram. Gənclər Əli Kərimlinin 20-30 il əvvəlki fəaliyyətini axtarışa versinlər və onun kim olduğunu, nə etdiyini öyrənsinlər. Bir faktı sizə danışım. Hazırda Qərbin kəşfiyyat orqanlarının xidmətində olan "jurnalist” Xədicə İsmayıl Əli Kərimlinin diqtəsi ilə Elçibəyin mətbuat konfransında ona bir sual verdi. Dedi ki, "Fazil Qəzənfəroğlu Naxçıvan bölgəsindəndir, Əli Kərimli isə Saatlıdan anadan olub. Siz F.Qəzənfəroğlunu eyni bölgədən olduğunuz üçün müdafiə edirsiniz. Yəni regionçuluq edirsiz”.Əbülfəz bəy isə Xədicə İsmayıla belə cavab verdi: "Mən 1974-cü ildə siyasi dissident olmuşam. Azərbaycana olan sevdama, müstəqillik və bütöv Azərbaycan istəyimə görə həbsə atılmışam. O vaxtdan indiyə qədər bir çox ittihamla rastlaşmışam. Ancaq məni yerliçilikdə suçlamayıb. Siz bütöv Turan arzusunda olan bir insanı regionçuluqda ittiham edirsiz”. Bu ittihamı Xədicəyə məhz Əli Kərimli öyrətmişdi. Hamı bilir ki, Əli Kərimli ilə Xədicə İsmayılın qohumluq əlaqələri var. Fazil Qəzənfəroğlu müavin kimi Əli Kərimlinin partiya daxilində necə parçalanma mövqeyini tutmasını, sədr əleyhinə çalışmasını mətbuat orqanlarında yazırdı. Yəni Əli Kərimlini ifşa edirdi”.Onun sözlərinə görə, bu gün Əli Kərimli həm də mənəvi terrorla məşğul olur: “Mehman Hüseynov olayından şou düzəldənləri ifşa edən hüquq müdafiəçilərinə qarşı Əli Kərimli mənəvi terrora əl atdı. Fransada yerləşdirilən uşağı əlinə mətini yazıb oxutdurmaqla, hansı əxlaq sahibi olduğunu göstərdi. Hər kəs gördü ki, bu adam üçün heç bir dəyər qalmayıb. Vaxti ilə bir təşkilatda fəaliyyət göstərən insanlara ləkə atdı. Guya o insanların Ukraynada hansısa hadisə ilə qarşılaşdığı “faktını” göstərdi. Utanmadan insanlara çamur atır. Bu adamlar öz abırlarına söykənərək Əli Kərimlinin şantajına, böhtanına , terroruna cavab vermədilər. Sadəcə bunu demək istəyirəm ki, hər kəs bilsin ki, onuun üçün bütün dəyərlə ölüb. O, hakimiyyətə gəlmək arzusu ilə alışıb yanır. Qarşısında çıxan istənilən şəxsi əzməyə hazırdı”.Qeyd edək ki, 10 gündən çoxdur sosial şəbəkələr və başqa vasitələrlə Məhəmməd Əmin Rəsulzadənin ildönümünü "möhtəşəm aksiya”ya çevirəcəklərini bəyan edən "Milli Şura” adlı qurum, Müsavat, AXCP və digər partiyalar onun abidəsinin yanına cəmi 200-300 adam yığa biliblər.
sia.az