PDF Oxu

Siyasət

  • 4 191

"Azərbaycanda gənclərə diqqət dövlətin diqqətindədir" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycanda gənclərə diqqət dövlətin diqqətindədir" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycanda gənclərə diqqət dövlətin diqqətindədir". Bunu SİA-ya açıqlamasında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov deyib.Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra Ulu Öndərin diqqət ayırdığı sahə gənclərlə bağlı idi: “Gənclər Nazirliyinin yaradılması, Gəncləri Gününün təsis edilməsi, Gənclər Forumunun keçirilməsi buna bariz nümunədir. Sevindirici haldır ki, bu gün də bu siyasət daha innovativ formada Prezident İlham Əliyev tərəfindən davam etdirilməkdədir. Gənclər Fondunun yaradılması buna ən bariz nümunədir. Prezident Administrasiyasında Gənclər şöbəsinin yaradılması isə bu siyasətin yeni bir mərhələyə daxil olduğunu göstərir. Yusuf Məmmədəliyevin rəhbərlik etdiyi şöbə Prezidentin tapşırıq və tövsiyyələrinə uyğun olaraq dünya standartlarına uyğun şəkildə ölkəmizdə gənclər siyasətini davam etdirməkdədir. Gənclər Fondu son 1 ildə yüzlərlə imkansız gəncin illik təhsil haqqısını ödəyib, onlarla QHT-yə, yüzlərlə fiziki şəxsə layihə verib. Bütün bunlar gənclərin hərtərəfli inkişafına hesablanmış yol xəritəsidir”.

sia.az

Digər xəbərlər