“15 il müxtəlif qəzetlərdə çalışdım. Siyasi təcrübəmi dəjurnalistikada qazandım. Bu gün isə təkcə Azərbaycanda yox, bütün dünyada elektron media çap mətbuatını sıxışdırmağa başlayıb. Qəzet oxuyanların sayı azalıb. Həm də interneti olan əlavə pul verib qəzet niyə alsın ki? Onsuz da həmin yazıları qəzetin internet saytından oxuya bilər. Keçmiş illərdə ətrafda qəzet oxuyan çox idi, indi təsadüfən kiminsə əlində qəzet görərsən”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.Politoloq qəzetlərə birbaşa maliyyə yardımı məsələsinə də toxunub: “Bu yardım nə vaxtsa kəsilməli idi. Dövlət əbədiyyətə qədər qəzetlərə maliyyə ayırmayacaqdı ki. Ancaq həmin qəzetlər büdcələrini illərdir məhz ayrılan maliyyə dəstəyinə uyğun formalaşdırmışdılar. Halbuki, ayrılan pullar reklam işinin qurulmasına və oxucu cəlb etməyin yollarının aranmasına xərclənməli idi.Əslində saytların bir hissəsi də gəlirlə işləmir. Dövlət maliyyə yardımını azaldırsa, saytlara hər ay maliyyə dəstəyi ayıranlar da oxşar qərar verə bilərlər. Azərbaycanda barmaqla sayılacaq qədər media strukturu var ki, kənar maliyyə dəstəyi olmadan özünü dolandıra bilər. Əslində belə olmamalıdır”.
sia.az