“Azərbaycan və Gürcü xalqları daim dost olublar. Bu günlərdə Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf ərazilərinin işğalında, bu ərazilərdə azərbaycanlılara qarşı qətllərin törədilməsində birbaşa iştirak etmiş Mixail Avaqyana heykəl qoyulması bu dostluğa kölgə salmaq məqsədi daşıyır”. SİA-nın xəbərinə görə, bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.Bununla bağlı Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Gürcüstan Parlamentinin Gürcüstan-Azərbaycan Dostluq Qrupununa müraciət ünvanladığını deyən deputat söyləyib ki, Gürcüstan və Azərbaycan hər zaman bir-birinə lazımdır."Azərbaycan Gürcüstana böyük sərmayələr yatırır. Lakin bu dostluğu pozmaq istəyən qüvvələr var. Gürcüstan Parlamentinə müraciətimizdə etirazımızı bildirmişik. Ölkələrimiz strateji tərəfdaşdır”,- deyə Ə. Amaşov qeyd edib.
sia.az