PDF Oxu

Siyasət

  • 5 136

"Qara pullar hesabına Azərbaycanda qarşıdurma yaratmağa cəhd edirlər" Siyavuş Novruzov

"Qara pullar hesabına Azərbaycanda qarşıdurma yaratmağa cəhd edirlər" Siyavuş Novruzov

Milli Məclisin Komitə sədri, Yeni Azəraycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu və ya mövcud qanuna dəyişiklilər haqqında təkliflə çıxış edib. SİA-nın xəbərinə görə, S.Novruzov bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da siyasi partiyaların maliyyə mənbəyi ilə bağlı qərar qəbul olunsa da, bir qrup partiyalar Mərkəzi Seçki Komissiyasına hesabat vermir, bu prosesdən yayınırlar: “Onlar bununla maliyyə dövriyyəsinin olmadığını bildirirlər. Amma əksəriyyəti yanlarında cangüdən, köməkçi gəzdirirlər. Bu azmış kimi "qara pullar" hesabına Azərbaycanda mitinq, yürüş, qarşıdurma yaratmağa cəhd edirlər. Maliyyə mənbəyinin qarşısı alınmasa onlar əməllərindən əl çəkməyəcəklər. Çünki, pul verənlər tapşırıqlarını həmin şəxslər vastiəsilə həyata keçirirlər”.Deputat söyləyib ki, Azərbaycanda asayişi pozmağa cəhd göstərənlər üçün xalq, Vətən anlayışı yoxdur: “Onlar üçün yalnız maddiyyət anlayışı var. Xaricdə oturub, ermənidən pul alanların da məqsədləri daxildə qarşıdurma yaratmaq istəyənlərlə eynidir. Hesab edirəm ki, hər birimiz onlara qarşı mübarizə aparmalıyıq. Bəzən həmin şəxslər Milli Məclis haqqında mənfi fikirlər söyləyirlər. Amma nədənsə deputatlarımız yaxasını kənara çəkirlər. Hər kəs bilməlidir ki, deyilən sözlər bütün deputatlara şamil olunur. Əgər onlar birini deyirsə, biz onlara qarşı 20 dəfə artığını deməliyik”.S.Novruzov qeyd edib ki, xaricdən Azərbaycan qarşı yönləndirilən şəxslər nəyisə dəyişmək qabiliyyətində deyillər: “Onlar yalnız söyüş söyməyi bacarırlar. Əgər belədirsə, biz də onlara cavab verməliyik. Hətta söyüşü də başqalarının adlarından yazır, mənəvi terror həyata keçirməyə cəhd edirlər. Təbii ki, bu, onların özlərinin deyil, xaricdəki qüvvələrin məhsuldur. Onlar anlamır ki, biz illərdir ki, siyasətlə məşğuluq və onların taktikasını, mexanimzini yaxşı bilirik. Bu yolla bizi fəaliyyətimizdən döndərmək mümkün deyil. Azərbaycan çox uğurla inkişaf edir. Ölkə iqtisadiyyatı inkişaf etdikcə, bizim sevməyən qüvvələrin halı daha da pisləşir. Mən inanmıram ki, dövlət nümayəndəsi və strukturlarından həmin şəxslərə hər hansı informasiya ötürülür. Bu cür informasiyalar yaymaqla onlar ölkəmizdə qarşıdurma yaratmağa çalışırlar. Lakin heç bir qüvvə bizi yolumuzdan döndərə bilməz”.

sia.az

Digər xəbərlər