Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli bu gün Rusiyanın paytaxtı Moskvaya səfərə gedəcək. SİA-nın xəbərinə görə, millət vəkili Rusiya Dövlət Duması tərəfindən təşkil edilmiş “Azərbaycan-Rusiya mədəniyyət körpüləri ” mövzusunda keçiriləcək dəyərmi masaya qatılacaq, mövzu ilə əlaqədar çıxış edəcək.Tədbirdə iki ölkə arasında mədəni dialoq, incəsənətin inkişafı, kinematoqrafiya, teatr, muzeylər, habelə təhsil sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq.Səfər fevralın 14-də başa çatacaq.
yap.org.az