PDF Oxu

Siyasət

  • 7 570

Siyavuş Novruzov: "Bəziləri ölkə başçısının atdığı addımları öz adlarına çıxmaq istəyirlər"

Siyavuş Novruzov: "Bəziləri ölkə başçısının atdığı addımları öz adlarına çıxmaq istəyirlər"

“Bəzi insanlar ölkə başçısı tərəfindən həyata keçirilən layihələri, atılan addımları öz adlarına yazmağa çalışırlar. Əslində həmin şəxslər xalqı aldamaq üçün bu addımları atırlar”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Komitə sədri Siyavuş Novruzov Parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.“Bilirsiniz ki, cənab Prezident seçildiyi gündən islahatların keçirildiyini bəyan edib. Ayrı-ayrı sahələrdə insanların təminatı ilə bağlı proqramlar hazırlanıb və həyata keçirilib. Lakin bəziləri insanları aldatmaq, ölkə başçısının atdığı addımları öz adlarına çıxmaq istəyirlər. Bu onların naşılığıdır. Hansı ki, həmin insanlar vaxtilə büdcəni talamaqla məşğul ididlər”,- deyə deputat söyləyib.Ötən gün ölkə başçısının iştirakı ilə Sumqayıtda zavodun açılış mərasimin keçirildiyini xatırladan S.Novruzov söyləyib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində yerlərdə emal müəssiələri açılır, çox böyük proqramlar, vergidə, gömrükdə islahatlar həyata keçirilir: “Vətəndaşlar atılan bu addımları müsbət qarşılayır. Bu addımlar kiminsə yürüş, piket keçirməsinin nəticəsi deyil. Həmin şəxslər əksinə, bu layihələrin həyata keçirilməsini istəmirlər”.

sia.az

Digər xəbərlər