“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində İsrailin Akko şəhər bələdiyyəsi, Azərbaycandan gəlmiş Dağ Yəhudilərinin Əlaqələndirmə Mərkəzi və “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatı Azərbaycan tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım günü keçirib.
Heydər Əliyev Fondunun təşkil etdiyi bu tədbir və fotosərgidə İsrail parlamentinin deputatları, o cümlədən “İsrail-Azərbaycan” parlamentlərarası dostluq komissiyasının rəhbəri Robert İlatov, fövqəladə və səlahiyyətli səfir Yosef Şaqal, Akko şəhəri və Şimali İsrailin baş ravvini Yosef Yaşar, İsrailin dağ yəhudilərinin baş ravvini Yaniv Naftali, STMEGİ fondunun nümayəndəsi Robert Abramov, Kiryat Yam, Kiryat Ata və Karmiel şəhərlərinin mer müavinləri, eləcə də Azərbaycandan gəlmiş yəhudi icması iştirak edib.
Azərbaycan tərəfindən tədbirdə Heydər Əliyev Fondunun nümayəndəsi Cavid Məmmədzadə, Prezident Administrasiyasının nümayəndəsi Məhsəti Əliyeva, Milli Məclisin deputatları Rasim Musabəyov və Sevinc Fətəliyeva iştirak edib.
yap.org.az