PDF Oxu

Siyasət

  • 4 904

“Ədalət harayımız - Xocalı soyqırımı” filmi nümayiş olunub TƏDBİR-FOTOLAR

“Ədalət harayımız - Xocalı soyqırımı” filmi nümayiş olunub TƏDBİR-FOTOLAR

Bu gün Mənəvi Dəyələrin Təbliği Fondu və SƏS Media Qrupunun birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 27-ci ilönümünə həsr olunmuş konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, “Səs” İnformasiya Agentliyinin redaktoru İsmayıl Quliyev, Xocalı Şəhər İcra Hakimiyyətinin rəsmi nümayəndələri, hadisə şahidləri və KİV nümayəndələri iştirak edib.Tədbir iştirakçıları Xocalı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Konfrans iştirakçıları “Səs” İnternet Televiziyasının hazırladığı “Ədalət harayımız - Xocalı soyqırımı” filminə tamaşa ediblər.Mərasimi giriş sözü ilə açan Mənəvi Dəyələrin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faicəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə ümummilli liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul edib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatıdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.Heydər Əliyev Fondunun vitse Prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu iş aparır və artıq dünyanın əksər ölkələrində Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqətləri bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır”.Daha sonra digər çıxış edənlər baş vermiş soyqırımı aktının xalqımıza qarşı planlı şəkildə gerçəkləşdirilmiş terror, deportasiya və etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayət olduğunu diqqətə çatdırıb. Onlar soyqırımının baş verməsində erməni təcavüzkarları ilə yanaşı o zamankı siyasi rəhbərliyin də məsuliyyət daşıdığını bildiriblər.Tədbirdə Azərbaycanın haqq səsinin eşidiləcəyinə, ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcəyinə, Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacağına, Azərbaycan xalqının işğal altındakı bütün torpaqlarını yağı düşməndən tezliklə azad edəcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə olunub.Konfransın sonunda Fond tərəfindən Xocalı soyqırımı zaman yaxınlarını itirmiş şəxslərə ərzaq yardımı olunub.

sia.az

Digər xəbərlər