PDF Oxu

Siyasət

  • 4 399

"Dünya Xocalı faciəsini duymalı, soyqırımı aktı kimi tanımalıdır" AÇIQLAMA-ÖZƏL

"Dünya Xocalı faciəsini duymalı, soyqırımı aktı kimi tanımalıdır" AÇIQLAMA-ÖZƏL

“Xocalı faciəsinin anılması qondarma “erməni soyqırımı” iddialarının yalanlanması, Cənubi Qafqazda hər an başlaya biləcək yeni silahlı toqquşmaların qarşısının alınması deməkdir”. Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.O bildirib ki, dünya Xocalı faciəsini duymalı, soyqırımı aktı kimi tanımalıdır: “Ümummilli Lider Heydər Əliyevin, ardınca Prezident İlham Əliyevin Xocalı soyqırımının dünyada tanıdılması yönündə apardıqları siyasət ciddi nəticə verib. Bunun nəticəsidir ki, dünyanın 12 ölkəsi, ABŞ-ın 22 ştatı, Böyük Britaniya və Şimali İrlandiya Krallığına daxil olan Şotlandiyanın parlamenti, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanıyıblar. Digər nəticələr də var”.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə dünyada geniş vüsət almış “Xocalıya ədalət” (Justice for Khojaly) beynəlxalq kampaniyasının da faciənin tanıdılması istiqamətində mühüm işlərə imza atdığını deyən Mətbuat Şurasının sədr müavini söyləyib ki, kampaniya Azərbaycanda və xaricdə fəaliyyət göstərən çoxsaylı vətəndaş cəmiyyəti institutları, ayrı-ayrı ölkələrin dövlət qurumları və ictimaiyyəti, beynəlxalq təşkilatları bu faciəyə adekvat qiymət verməyə çağırışdır.M. Ələsgərlinin sözlərinə görə, Xocalının soyqırımı aktı kimi tanınması təkcə 26 fevral təqvimində hərbi təcavüzə məruz qalmış, həlak olmuş, itkin düşmüş, girov götürülmüş soydaşlarımızın haqqının tanınması deyil: “Xocalı faciəsinin gündəmə gətirilməsi, həm də, Ermənistanının Azərbaycana qarşı ərazi iddialarının, Dağlıq Qarabağ Muxtar Vilayətini və ətrafdakı 7 rayonu işğal etməsinin, 1 milyon nəfərdən çox Azərbaycanlını qaçqına, məcburi köçkünə çevirməsinin gündəmə gətirilməsi deməkdir”.Qurum rəsmisi qeyd edib ki, əgər Xocalı faciəsinin tanıdılması ətrafında formalaşmış vəhdət davam edərsə, düşmən cəbhəsinə daha ciddi zərbələr vurmaq mümkündür.

sia.az

Digər xəbərlər