İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrinin XİN rəhbərlərinin görüşündə Ermənistanın Azərbaycana qarşı təcavüzü müzakirə olunacaq.Bu barədə İƏT-dən bildiriblər.Qeyd olunub ki, bununla yanaşı Suriya böhranı, Yəmən və Əfqanıstandakı vəziyyət gündəlikdə yer alacaq.İƏT-ə üzv ölkələr arasında iqtisadi və siyasi münasibətlərin möhkəmlənməsi məsələləri də müzakirə olunacaq.Qeyd edək ki, İƏT XİN rəhbərlərinin görüşü martın 1-2-də Əbu-Dabidə keçiriləcək.
yap.org.az