PDF Oxu

Siyasət

  • 4 547

“Zurabişvilinin ölkəmizə səfər etməsi böyük məna daşıyır" ÖZƏL-ŞƏRH

“Zurabişvilinin ölkəmizə səfər etməsi böyük məna daşıyır" ÖZƏL-ŞƏRH

“Gürcüstan prezidenti xanım Salome Zurabişvilinin ilk xarici səfərlərindən birini ölkəmizə etməsi böyük məna daşıyır. Hər şeydən əvvəl, ona görə ki, ölkələrimiz qonşudurlar. Bizi çoxlu ortaq maraq və mənfəətlər birləşdirir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.Deputatın sözlərinə görə, hər iki ölkənin ərazi bütövlüyü pozulub: “Azərbaycan ərazisi Gürcüstan üçün Şərqə, Gürcüstan isə Azərbaycan üçün Qərbə açılan ən əlverişli qapıdır. Azərbaycan dövlətinin müəllifi və təşəbbüsçüsü olduğu beynəlxalq layihələrdə Gürcüstanın iştirak etməsi qonşu ölkədə bir çox problemlərin həllinə kömək edib. Gürcüstanda azərbaycanlılar yaşayırlar.Dövlət başçılarının müzakirə edəcəyi çox məsələlər vardır. Gürcüstan dövlətinin müstəqil və güclü olması bizim üçün vacibdir. Bir zamanlar yazıçı və diplomat Yusif Vəzir Çəmənzəminli deyirdi ki, Gürcüstanın müstəqilliyi öz müstəqilliyimiz qədər bizim üçün əzizdir.Əvvəlki illərdə olduğu kimi bu gün də Azərbaycan Respublikası-Gürcüstan münasibətlərini pozmağa çalışan ölkələr və dairələr vardır. İki qonşu xalq və dövlətin rəhbərləri onların pis niyyətlərini ürəyində qoyacaqlar.Strateji tərəfdaşımız və qonşumuz olaraq Gürcüstan ilə münasibətlərin demək olar ki, bütün sahələrdə - diplomatik-siyasi, iqtisadiyyat, enerji, təhlükəsizlik, mədəniyyət, humanitar, informasiya, regional məsələlər və b. sahələrdə böyük potensialı və perspektivləri mövcuddur. Münasibətlərimizin yaxşı gələcəyi vardır".

sia.az

Digər xəbərlər