PDF Oxu

Siyasət

  • 3 853

"Bu Sərəncam son illərin ən böyük artımıdır" RƏY-ÖZƏL

"Bu Sərəncam son illərin ən böyük artımıdır" RƏY-ÖZƏL

“Azərbaycan Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin artırılması haqqında Sərəncamı son illərin ən böyük artımı kimi qiymətləndirilir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.Sərəncamın təxminən 500 min nəfərə şamil ediləcəyini deyən komitə sədri söyləyib ki, artımın faiz dərəcəsinin yüksək olması bu kateqoriyadan olan insanlara diqqətin göstəricidir: “Vahid aylıq müavinətlərin artırılması həmin insanların sosial təminatının yaxşılaşdırılması ilə yanaşı ailə büdcəsinin də artmasını təmin edəcək. Əgər ailədə 5 nəfər varsa, son qiymət artımından sonra onlar ümumilikdə 300 manat aylıq müavinət alacaq”.H.Rəcəbli söyləyib ki, əgər ailədə pensiya alan, işləyən də varsa onların aylıq büdcəsi daha çox olacaq ki, bu da nəticə etibarı ilə həmin ailənin dolanışığına müsbət təsir göstərəcək.Komitə sədri qeyd edib ki, dövlət büdcəsinə daxilolmaların artması, sosial müdafiə xərclərinin daha da artırılmasına xidmət edir: “Büdcə vəsaitlərinin insanların rifah halının yüksəlməsinə sərf olunması bir daha sübut edir ki, Azərbaycanın büdcəsi sosial yönümlüdür”.

sia.az

Digər xəbərlər