“İran sanksiyaların təsirini azaltmaq üçün yaxın qonşularla münasibətlərində rabitə yaratmağa çalışır. İran nəqliyyat dəhlizləri yaratmaqla öz məhsullarını xaricə çıxarmaq, eyni zamanda xaricdən müxtəlif məhsulların ölkəsinə daxil olmasına çalışır. Ermənistan da bu məsələ ilə spekulyasiya edir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.İranın Ermənistanın vədlərinə ehtiyatla yanaşdığını deyən politoloq söyləyib ki, düşmən ölkənin iddialarının reallaşması qəliz məsələdir.İ. Vəlizadə qeyd edib ki, ötən il İranla Avrasiya İttifaqı arasında azad iqtisadi zona ilə bağlı sənəd imzalanıb: “Ermənistan da Avrasiya İttifaqının üzvü kimi bu sazişdən bəhrələnmək istəyir. Ermənistan özünü Avrasiya İttifaqı ilə İran arasında sərhəddə yerləşən yeganə ölkə olduğunu göstərməyə çalışır Ermənistan elə düşünür ki, İran onunla ticarət əlaqələrini inkişaf etdirsə, Avrasiya İttifaqı ölkələri ilə azad zona sayəsində münasibətlərini inkişaf etdirmiş olacaq. Amma iş orasındadır ki, Ermənistan digər Avrasiya ölkələri ilə həmsərhəd deyil. Ermənistan İranı burada heç bir problemin olmadığına inandırmaq istəsə də, reallıq fərqlidir. Bu baxımdan da İran bu məsələyə ehtiyatla yanaşır”.
sia.az