PDF Oxu

Siyasət

  • 4 644

"Dövlət növbəti dəfə vətəndaşının yanında olduğunu sübut etdi" RƏY-ÖZƏL

"Dövlət növbəti dəfə vətəndaşının yanında olduğunu sübut etdi" RƏY-ÖZƏL

“Son günlər Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlar, atılan addımlar vətəndaşlarımızın sosial problemlərinin həlli, daha da yaxşı yaşaması, firavan həyata qovuşması yönündə atılan əhəmiyyətli addımların davamıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyibO bildirib ki, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində imzalanan sərəncamlardan artıq bütün Azərbaycan vətəndaşları bəhrələnmək imkanı qazanıb: “Ölkədə elə bir insan qalmayıb ki, imzalanan sərəncamlarda nəzərdə tutulan güzəştlərdən yararlanmasın. Qısa zaman kəsiyində şəhid ailələri, müharibə veteranları ilə bağlı mühüm addımlar atıldı, minimum əmək haqları, əmək pensiyaları, təqaüdlər artırıldı”.J.Əliyeva söyləyib ki, Prezident İlham Əliyev tərəfindən ötən gün problemli kreditlərin həlli ilə bağlı imzalanan Fərman inqilabi addımdır: “İndiyədək problemli kreditlərdən bir çox ölkələr əziyyət çəkib ki, bura bölgə ölkələri də daxildir. Bu addımlar Azərbaycan bir çox sahələrdə olduğu kimi bu məsələnin həllində də lider rolunu oynadı”.Problemli kreditlərlə bağlı fərmandan 100 minlərlə insanın yararlanacağını deyən deputat qeyd edib ki, bunun nəticəsində ailələrin illərdir ortaya çıxan problemləri tam həllini tapmış oldu: “Bu problemin həlli ailələrin maliyyə vəziyyətinin yaxşılaşması deməkdir. Ümumilikdə götürdükdə isə sosial paketin tərkib hissəsi olaraq son atılan addımlar, imzalanan sərəncamlar dövlətin vətəndaşının yanında olması deməkdir".

sia.az

Digər xəbərlər