PDF Oxu

Siyasət

  • 5 882

"Mədəniyyət işçiləri qayğı ilə əhatə olunduqlarını bir daha hiss etdilər"AÇIQLAMA - ÖZƏL

"Mədəniyyət işçiləri qayğı ilə əhatə olunduqlarını bir daha hiss etdilər"AÇIQLAMA - ÖZƏL

“Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşü ölkə mədəniyyətinə olan münasibətin, qayğının göstəricisidir. Bu görüş mədəniyyət xadimlərinin qarşısına böyük vəzifələr qoymuş oldu”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, millət vəkili Fəzail İbrahimli deyib.O bildirib ki, görüşün səmimi mühitdə keçməsi, dövlət başçısının mədəniyyət işçilərinə öz fikirlərini ifadə etmək imkanı yaratması bu bir növ cənab Prezidentin mədəniyyət işçilərinə olan hörmət və yüksək münasibətini fiadə edən mühüm məqamlardır.Komitə üzvü söyləyib ki, görüşdə bir neçə diqqəti çəkən məqamlar var idi ki, onlardan biri və ən önəmlisi ölkə başçısının mədəniyyət və incəsənət xadimlərinin fikir və təkliflərinə olan müsbət cavabı idi: “Görüşdə səslənən təklif və fikirlərin cavabında ölkə başçısının “mən sizi dəstəkləyirəm, arxanızdayam” ifadəsi həm mədəniyyət xadimlərinin qarşısında yeni vəzifə qoydu, həm də bu sahəyə olan yüksək diqqəti göstərmiş oldu. Bununla da mədəniyyət xadimləri dövlət başçısının qayğısı ilə əhatə olunduğunu bir daha hiss etmiş oldular”.F.İbrahimli qeyd edib ki, bundan sonra mədəniyyət sahəsində çalışanlar öz üzərilərinə düşən vəzifəni daha da yüksək səviyyədə həyata keçirməli, işlərində daha da məsuliyyətli olmalıdırlar: “Hesab edirəm ki, mədəniyyət xadimləri ilə görüşün böyük nəticələri olacaq. Ümumiyyətlə, Ölkə başçısının xalqla olan təması, görüşləri vətəndaşlarımızda yüksək əhval-ruhiyyə yaratmaqla yanaşı, onlar üçün mühüm stimuldur”.

sia.az

Digər xəbərlər