Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı rayonda fəaliyyət göstərən 168 saylı orta məktəbdə Əfqanıstan və Qarabağ veteranlarının iştirakı ilə “Tarix yazan qəhrəmanlar” mövzusunda tədbir keçirib. Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri, Əfqanıstan və Qarabağ müharibələri veteranı Hikmət Şikarov, Azərbaycan-Əfqanıstan Veteranları İctimai Birliyinin üzvü Musa Həsənli, Xocalı Veteran Təşkilatının sədri Qafar Nuriyev, Milli qəhrəman Bəxtiyar Allahverdiyev, “N” saylı hərbi hissənin zabit və əsgər heyəti, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.Çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd edib ki, vətənpərvərlik təkcə itirdiyimiz torpaqlari geri qaytarmaq istəyi deyil: “Vətənpərvərlik, ilk növbədə, dininə, dilinə, tarixinə, keçmişinə, ədəbiyyatına, musiqisinə hörmət, ətrafdakı insanlara sevgi deməkdir. Vətənə sevgi məhz vətənpərvərlikdən başlayır. Allaha, valideynlərimizə borclu olduğumuz kimi, vətənə də borcluyuq. Çünki biz bu torpağın üstündə gəzir, bu torpaqda, bu vətəndə yaşayırıq”.“Bəs biz bunu dərk edə bilirikmi? Biz vətəni sevirikmi? Biz vətənpərvərikmi?” sualını cavablandıran YAP Pirallahı rayon təşkilatının sədri bu suallara cavab olaraq qeyd edib ki, Azərbaycan gəncliyi inkişaf edir, gənclərimiz bütün sahələrdə nailiyyətlər qazanırlar: “Azərbaycan gənclərinin uğurlu sədaları xarici ölkələrdən gəlir. İstər təhsil sahəsində, istərsə də idman sahəsində gənclərimiz özlərini dogruldurlar. Bu, vətənə olan sevgidən, vətənpərvərlikdən yaranır. Minlərlə ogul və qızlarımız vətən uğrunda canlarından keçiblər. Şəhidlik ən uca zirvədir. Vətənpərvərlik böyük hissdir və şəhidlər əsl vətənpərvər insanlardır”.“Bu gün Şəhidlər xiyabanı ancaq matəm günlərində ziyarət ediləcək bir yer deyil. Uşaqlar, yeniyetmələr və gənclər hər gün buranı ziyarət etməli, torpaqlarımız uğrunda canlarından keçən insanları unutmamalıdırlar” deyən Hikmət Şikarov əlavə edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan vətəndaşlarının sabaha olan ümidlərini özlərinə qaytardı: “Elmin, səhiyyənin və mədəniyyətin böhranlı vəziyyətdən çıxarılması naminə gərəkli addımlar atdı. Ən başlıcası isə milli ordumuzun döyüşkən ruhunu özünə qaytarmaq üçün ordunu yenidən qurmağa başladı. "Mən Azərbaycan milli ordusunun gücünə inanır, Azərbaycan əsgərinə güvənirəm”, - deyən Ümummilli Liderimiz bu sahədə yetərincə işlər gördü. O, xalqın ən ağır vaxtlarında ordu quruculuğunda uğurlu islahatlar apararaq, vətəni, ana torpağı qəlbən sevən igid əsgərlərimizə zəfər qazanmağın yollarını nişan verdi. Ulu Öndərimizin siyasi kursunu davam etdirən müstəqil Azərbaycan dövlətinin Prezidenti, Ali Baş Komandan İlham Əliyev də yurda keşik çəkən vətən övladlarından qayğısını əsirgəmir. Məhz İlham Əliyevin qayğısı sayəsində ordumuz ən müasir silahlarla təmin olunub. İyunun 26-da Azadlıq meydanında keçirilən hərbi parad bir daha göstərdi ki, Azərbaycanın silahlı qüvvələri bölgədə lider olmaqla yanaşı, həm də dünyanın ən aparıcı orduları ilə bərabər səviyyədədir”.Rayon təşkilatının sədri Prezident İlham Əlıiyevin son vaxtlar apardığı uğurlu islahatlar barədə də fikirlərini bildirib və qeyd edib ki, Bu günədək 6 650 şəhid ailəsinə dövlət tərəfindən mənzillər, 6 000-dən artıq şəhid ailəsinə minik avtomilləri verilib: “Bütün bunlar dövlətimizin və ölkə rəhbərimizin şəhid ailələrinə münasibətinin təzahürüdür. 11 aprel 2018-ci il Prezident seçkilərindən sonra ölkə Prezidenti cənab İlham Əliyevin ilk fərmanı şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olub və bu fərman əsasında 10 minə yaxın şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulub. Ölkə Prezidentinin yeni fərmanına əsasən bu məbləği alacaq insanların sayı 2 725 nəfər artırılıb”.Əfqanıstan və Qarabağ müharibələrində iştirak edən, eləcə də bu müharibələrdə şəhid olan insanların da ailələrinə dövlət qayğısının davamlı olduğunu bildirən Hikmət Şikarov qeyd edib ki, bu dövlətimizin və ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yürütdüyü siyasətin əsas istiqamətlərindən biridir.“Tədbirimizdə iştirak edən dəyərli qonaqlara, "N" saylı hərbi hissənin əsgər və zabitlərinə təşəkkürümü bildirirəm, orta məktəb şagirdlərinə bir daha vətənpərvər ruhda böyüməyi, ümummilli liderimiz Heydər Əliyevin şah əsəri olan Azərbaycan dövlətinin inkişafı naminə ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək öz üzərlərinə düşən vəzifəni yerinə yetirməyi tövsiyə edirəm”, deyə YAP Purallahı rayon təşkilatının sədri sonda vurğulayıb.Çıxış edən Azərbaycan-Əfqanıstan Veteranları İctimai Birliyinin üzvü Musa Həsənli, Xocalı Veteran Təşkilatının sədri Qafar Nuriyev, Milli qəhrəman Bəxtiyar Allahverdiyev qeyd ediblər ki, Azərbaycan yeniyetmə və gəncləri vətənpərvər ruhunda böyümək, tərbiyə olunmaq üçün daim fəaliyyətdə olmalı, Azərbaycanın daha güclü və qüdrətli olması üçün güclərini əsirgəməməlidirlər. “Bizim hər birimiz Vətənimiz, dövlətçiliyimiz üçün çalışmalı və Ulu Öndər Heydər Əliyev ideologiyasına, bu ideologiyanı və siyasəti uğurla davam etdirən Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşməliyik. İnanırıq ki, çox qısa zamanda üçrəngli bayrağımız Qarabağımızda dalğalanacaq”, deyə çıxışçılar vurğulayıblar.Tədbirin sonunda məktəbin şagirdləri vətənpərvərlik ruhunda ədəbi-bədii kompozisiyalarla çıxış edərək, tədbirə əlavə ruh yüksəkliyi veriblər.
sia.az