PDF Oxu

Siyasət

  • 4 939

"Dini etiqad azadlığı insan hüquqları arasında ilk yerdə dayanır" MÖVQE

"Dini etiqad azadlığı insan hüquqları arasında ilk yerdə dayanır" MÖVQE

"Dini etiqad azadlığı yeganə hüquqlardan biridir ki, insan hüquqlarını sadaladıqda birinci yerdə olmalıdır. Bu hüququn pozulması digər hüquqların da pozulmasına səbəb olur. Azərbaycanda həm qanunun aliliyi, həm də ənənələrin möhkəmliyi dini münasibətlərin inkişafına xidmət edir". SİA-nın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Azərbaycan Respublikasının Milli Məclisinin ictimai və birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.O bildirib ki, Dini etiqad azadlığı yeganə, həm təbii, həm də konstutisiya ilə tənzimlənən yeganə hüquqdur: "İnsan hüquqları arasında birinci olaraq dini etiqad azadlığı dayanır. Çünki istənilən dini etiqad azadlığına qarşı atılan addım insanların digər hüquqlarının pozulmasına gətirib çıxarır. Nəinki Azərbaycanda, eləcə də sərhədlərimizdən kənarda məscidlər, sinaqoqlar, kilsələr təmir edilib istifadəyə verilməsi əsas diqqət ayrılan məsələlərdən biridir. Bu məsələ birbaşa ölkə başçımızın və Heydər Əliyev Fondunun diqqətində saxlanılır. Bu yaxınlarda biz Cənubi Qafqazda qədim məscidin açılışında olduq. Hər hansı məsələyə ədalətsiz yanaşılması bir çox mövzulara təsir edir. Biz bu gün ayrı-ayrı dövlətlərin din pərdəsi altında öz maraqlarını həyata keçirmək üçün müəyyən addımlar atdığının şahidi oluruq. Bu cür davranışlar dini münasibətlərə müsbət təsir göstərmir. Bu kimi davranışlar dövlətlər arasında münasibətlərin pozulmasına, millətlər arasında dostluq, qonşuluq əlaqələrinin pisləşməsinə gətirib çıxarır. 20 faizdən çox Azərbaycan torpaqlarının ermənilərin işğalı altında olması, 1 milyondan artıq məcburi köçkünün olması, bu yaxınlarda 27-ci il dönümünü qeyd etdiyimiz Xocalı hadisələrinin baş verməsində bilavasitə bu amillərin rolu var. Bu istiqamətdə bir fakta toxunmaq istərdim. Din xadimi xalqalar arasında sülh və əminamanlığın yaranmasına xidmət etməlidir. Təəssüf ki, Ermənistanda dinin özü işğalçılıq siyasətinə xidmət edir, din xaimləri isə bu davranışları dəstəkləyir. Din xadimləri bu hadisələri pisləyib, qarşısını almaqdansa, bu hadisələrə haqq verir və işğal siyasətinin davam etdirilməsini təbliğ edir. Dəfələrlə şəhidlərimizin cəsədlərinin qaytarılması istiqamətində Ermənistanın dini xadimlərinə müraciət olunsa da, bizə müsbət cavab verməkdən imtina ediblər".S.Novruzov bildirib ki, Dilqəm və Şahbaza qondarma məhkəmə qurulması ermənilərin dini anlayışlarının nə dərəcədə aşağı səviyyədə olduğuna diqqət çəkib: "Dilqəm və Şahbaza Ermənistan ordusu tərəfindən işğal edilmiş Dağlıq Qarabağda qondarma məhkəmə qurulub və onların hüquqları pozulub. Bu istiqamətdə də bizim müraciətlərimizə, danışıqlara din xadimləri tərəfindən müsbət reaksiya verilməyib. O baxımdan düşünürəm ki, belə tədbir və təbliğatlar dünyanın bütün ölkələrində keçirilməlidir ki, bu cür halların qarşısı alınsın".

sia.az

Digər xəbərlər