PDF Oxu

Siyasət

  • 4 264

"Prezident həmsədrlərin fəaliyyətsizliyini dəfələrlə vurğulayıb" ÖZƏL-RƏY

"Prezident həmsədrlərin fəaliyyətsizliyini dəfələrlə vurğulayıb" ÖZƏL-RƏY

“ATƏT-in Minsk Qrupu həmsədrləri fəaliyyətə başladıqları zamandan münaqişənin həlli istiqamətində hansısa irəliləyişə nail ola bilməyiblər”. Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.Deputatın sözlərinə görə. Azərbaycan Prezidenti dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətsizliyini dəfələrlə vurğulayıb. Onun sözlərinə görə, Minsk Qrupu münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinə çalışmalıdır.“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı digər beynəlxalq təşkilatlar da sənədlər qəbul ediblər və bunu həmsədrlər yaxşı bilirlər. Bu sənədlər və beynəlxalq hüquq normaları diktə edir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın mənafeyi çərçivəsində həll olunsun. ABŞ da, Rusiya da Dağlıq Qarabağ məsələsinin həlli ilə əlaqədar xeyli dərəcədə öz fikirlərini konkret olaraq ifadə edirlər. Fransa isə əksinə qondarma rejimə qarşı açıq-aydın meyilləri var. Fransanın şəhər merləri işğal altında olan Şuşaya qanunsuz səfər etdilər. Ardınca Fransa hökuməti açıqlama verdi ki, biz “Dağlıq Qarabağ respublikası”nı tanımırıq. Amma bundan sonra isə separatçı rejimin rəhbəri Bako Saakyan Fransaya səfər edir. Bütün bunlar Fransanın ATƏT-in Minsk Qrupundakı obyektiv fəaliyyətinə ciddi şübhə yaradır”-deyə, deputat qeyd edib.

sia.az

Digər xəbərlər