PDF Oxu

Siyasət

  • 4 136

“Ermənistanın Qərbdən ikiəlli yapışmaq imkanı yoxdur” ÖZƏL -MÜNASİBƏT

“Ermənistanın Qərbdən ikiəlli yapışmaq imkanı yoxdur” ÖZƏL -MÜNASİBƏT

“Ermənistan özünü müstəqil elan etsə də amma ona Rusiyanın əyaləti kimi baxılır. Çünki orada olan bütün strateji obyektlər Rusiyanın mülkiyyətidir. Rusiyanın hərbi bazaları orada yerləşir. Yəni Rusiya bu dövləti öz itirdiklərini geri qaytarmaq üçün bir dəyənək kimi qonşulara isbat edir. Rusiya arxayın idi ki, bu ölkədə kimlər hakimiyyət gəlsə bu siyasəti davam etdirəcək”. Bunu SİA-ya açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı deyib.Politoloqun sözlərinə görə, indiki dövrdə rəsmi Moksvanın özü də embarqolara məruz qalıb və gərgin vəziyyətdədir: “Beləcə Rusiya Ermənistanda iqtisadi vəziyyətin, sosial gərginliyin düzəldilməsinə dəstək verə bilmir. Bu baxımdan oradakı küçə hərəkatı və Paşinyanın hakimiyyətə gəlməsi ilə Rusiya belə hesab etdi ki, orada kim hakimiyyətə gəlsə də əvvəlki siyasətini davam etdirməyə məcbur olacaq. Hətta əvvəllər Paşinyanın Rusiyaya səfər etməsi və müəyyən bəyanatlar verməsi də onun ziddiyətlərini göstərdi. Paşinyan Qərbə və Rusiyaya ayrı-ayrı söz deyirdi. Ermənistan forpost ölkədir və Rusiyaya tabedir. Beləcə Ermənistanın Qərbdən ikiəlli yapışmaq imkanı yoxdur. Məsələn, Saakaşvili rejimi ikiəlli yapışdı və aqibəti məlum oldu”.

sia.az

Digər xəbərlər