“Ümumiyyətlə ölkə başçısının yürütdüyü siyasətin təməlində hümanizm siyasəti dayanır. Mən xüsusilə Prezident İlham Əliyev tərəfindən imzalanan son əfv sərəncamını qeyd etmək istərdim. Bir çox insanların Novruz bayramı və əlamətdar günlərdə əfv olunması, öz ailələrinin yanına qayıtması, onlara yenidən şansın verilməsi ölkə başçısının apardığı hümanizm və dövlətin siyasətinin təməlini təşkil edir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Deputatın sözlərinə görə, son əfv sərəncamı xeyli sayda insanın sevincinə səbəb olmuşdur: “Həmçinin dövlət başçısının son aylarda imzaladığı bir sıra sərəncamları, fərmanları qeyd etmək istərdim. Həmin sərəncam və fərmanlar da insanların sosial və maddi rifahına xidmət edən addımlardır. Bu bir daha onu göstərir ki cənab Prezidentin siyasətinin təməlində həm hümanizm, həm də ölkə vətəndaşının rifahı dayanır. Yəni birbaşa aztəminatlı ailələrə ödənişlərin verilməsi, tələbələrə verilən təqaüdün əhatə dairəsinin genişləndirilməsi, problemli kreditlərlə bağlı uzun müddət cəmiyyəti narahat edən məsələnin öz həllini tapması, şəhid ailələrinə verilən müavinətlərin əhatə dairəsinin genişləndirilməsi və s. nümunə kimi göstərilə bilər. Bütün bunlar onu göstərir ki, ölkə rəhbərinin siyasətinin təməlində insan faktoru birinci yerdədir”.
sia.az