PDF Oxu

Siyasət

  • 4 685

"Ölkə başçısı planlı bir islahat paketini həyata keçirməkdədir” ÖZƏL-MÜNASİBƏT

"Ölkə başçısı planlı bir islahat paketini həyata keçirməkdədir” ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan Prezidenti İlham Əliyevin Novruz bayramı ərəfəsində xalqa müraciətində mənim diqqətimi bir məqam çəkdi. Bu 2018-ci ilin aprelin 11-də keçirilmiş prezident seçkilərinin sonrakı dövrü əhatə etdiyinə görə bir hesabat çıxışı da sayıla bilər”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev həqiqətən də ötən bir il ərzində görülən işləri qısa-qısa tezislər şəklində bizim diqqətimizə çatdırdı: “Ölkə başçısı bununla bizim yaddaşımızı yeniləmiş oldu. Prezident həmçinin xalqa bir mesaj verdi ki, baxın və görün biz qısa zaman kəsiyində nə qədər işlər görmüşük. O işlər isə nədən ibarətdir. Cənab Prezident 2018-ci ilin aprelin 11-də keçirilmiş prezident seçkisindən sonrakı dövrdə bəzən paralel, bəzən isə ardıcıl şəkildə struktur və kadr islahatları həyata keçirdi. O islahatların nəticəsi olaraq artıq 2019-cu ilin başlanğıcından etibarən sosial-iqtisadi addımlar atıldı. Həmin addımları Azərbaycan xalqı həqiqətən də çox istəyirdi və gözləyirdi. Təbii ki, buna da ehtiyac yaranmışdı. Yəni ölkə başçısı məqsədyönlü, planlı bir islahat paketini həyata keçirməkdədir.Digər tərəfdən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar formatının dəyişdirilməsi ilə bağlı məsələ diqqət çəkmiş oldu. Yəni bu münaqişənin əsas tərəfi olan Ermənistana və onun arxasındakı qüvvələrə ölkə başçımız bir ismarıc yolladı ki, format dəyişdirilə bilməz və biz Dağlıq Qarabağ məsələsi ilə bağlı öz qəti konstruktiv mövqeyimizdə qalmaqda davam edirik və edəcəyik. Ümumiyyətlə ermənilərlə azərbaycanlıların bir dam altında yaşaması üçün mənə elə gəlir ki, bundan yaxşı format ola bilməz. Yəni ümumilikdə cənab Prezident həm də onu vurğuladı ki, Azərbaycan Ordu quruculuğuna önəm verməkdə davam edəcəkdir. Biz özümüzün qüdrətini davamlı şəkildə yüksəldəcəyik. Əgər düşmən tərəf bundan nəticə çıxarmazsa, günün birində Azərbaycan əsgəri ilə üz-üzə durmalı olacaq. Düşünürəm ki, Azərbaycan xalqı üçün məhz Novruz bayramı ərəfəsində belə mesajları eşitmək olduqca xoş idi”.

sia.az

Digər xəbərlər