PDF Oxu

Siyasət

  • 4 322

"Hər bir vətəndaşımız dövlətin diqqət və qayğısını öz həyatında hiss edir" MÖVQE-ÖZƏL

"Hər bir vətəndaşımız dövlətin diqqət və qayğısını öz həyatında hiss edir" MÖVQE-ÖZƏL

"Ölkəmizdə atılan addımlar göstərir ki, dövlət hər bir vətəndaşının probleminə həssas şəkildə yanaşır və onu həll edir. Xüsusilə bu ilin əvvəlindən başlayaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə sosial sferada həyata keçirilən islahatlar, imzalanan fərman və sərəncamlar bunu bir daha təsdiq edir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Süleymanov deyib.O bildirib ki, Prezident İlham Əliyev bölgələrə səfərləri zamanı kənd və qəsəbələrdə sakinlərlə görüşür, onların problem və qayğılarını öz dillərindən eşidir və ən yüksək səviyyədə həllinə çalışır: "Ölkəmizin davamlı inkişafından, iqtisadi potensialın mütəmadi surətdə genişlənməsindən bütün respublika boyu sosial infrastruktur yaradılması, insanların həyat şəraitinin daha da yaxşılaşdırılması, maddi təminatlarının möhkəmləndirilməsi məqsədilə səmərəli şəkildə istifadə olunur. Bu məqamda qeyd etmək yerinə düşər ki, təkcə 2019-cu ilin əvvəlindən etibarən Azərbaycanın dövlət başçısı əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, ölkə vətəndaşlarının gəlir imkanlarının artırılmasına hesablanan bir sıra Fərman və cərəncamlar imzalayıb.Dövlət başçısının martın 26-da paytaxtın Nizami rayonundakı ticarət mərkəzlərindən birində baş vermiş yanğına çox həssas münasibət sərgilədiyini deyən T. Süleymanov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə ölkə başçısının çıxışı bir daha onu sübut edir ki, dövlət hər zaman öz vətəndaşının yanındadır: "Cəmiyyətdə statusundan asılı olmayaraq hər bir vətəndaşımız dövlətin diqqət və qayğısını öz həyatında hiss edir. Təbii ki, bu qayğı günbəgün artır. Bu və digər mühüm məqamlar həyata keçirilən uğurlu sosial siyasətin nəticəsidir".

sia.az

Digər xəbərlər