“Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın Vyanadakı görüşü onu göstərdi ki, işğalçı ölkə ciddi addım atmağa hazır deyil və bunu istəmir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aytən Mustafayeva deyib.Deputatın sözlərinə görə, ATƏT-in Minsk Qrupunun yaydığı bəyanatlar isə formal xarakter daşıyır və boş şeylərdir: “Çünki biz onların ümumi sözlərini artıq 30 ildir ki, eşidirik. Ermənistan müdafiə naziri ABŞ-da söylədi ki, “biz əlimizdə olan ərazilərini boşaltmaqdan yox əksinə yeni ərazilər əldə etməkdən danışmalıyıq”. Bu ümumilikdə Ermənistanın ümumi fikirləridir. Bu gün Azərbaycan hər bir varianta hazır olmalıdır. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev artıq neçə illərdir ki, Azərbaycanın bu məsələlərə hazırlığını öndə tutur. Azərbaycan torpaqlarımızın güc yolu ilə boşaldılmasını heç bir zaman perspektivdən çıxarmayıb. Görünür, Ermənistan baş naziri köhnə qayda və boş-boş danışmaqla vaxt qazanmağa çalışır. Vyana görüşü də digər görüşlər kimi necə var idisə, elə də qaldı”.
sia.az