"2019-cu ilin birinci rübü üçün KİV layihələrinin maliyyələşməsində Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) şərtləri dəyişib. Həmin şərtlər ətrafında isə geniş müzakirələr getmişdi və əsaslandırılmış şərtlər idi. Amma prosesin gedişatında məlum oldu ki, KİV qurumlarının əksəriyyəti həmin şərtləri ödəmək imkanında deyil. Hətta bəzi KİV qurumları özlərinin fəaliyyətlərini dayandırdılar. Çünki onlar KİVDF-nin və dövlətin maliyyəsi olmadan öz fəaliyyətlərini sürdürməkdə çətinlik çəkirlər". Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.Təbii ki, KİV qurumlarının da fəaliyyətini dayandırması yaxşı əlamət deyil. Çünki uzun müddət fəaliyyət göstərmiş, ixtisaslaşmış bir KİV qurumu sıradan çıxır, eyni zamanda orada çalışan jurnalistlərin taleyi ilə bağlı müəyyən problemlər yaranır. Onlar iş yerlərini itirirlər və yeni iş yerləri tapmaq üçün müraciət etməli olurlar və s. Bu baxımdan müəyyən çətinliklər yaranırdı. Azərbaycan dövləti və dövlət başçısı da bunu nəzərə alaraq növbəti hümanist addımını atdı. Bilirsiniz ki, bu sahədə şərtlərə yenidən baxılması qərara alındı və dəyişikliklər olundu. Həmin qərar KİV qurumlarının fəaliyyət imkanlarına uyğunlaşdırıldı. Təbii ki, bu da kifayət qədər hümanist addımlardır. Dövlətə və dövlət başçısına təşəkkür edirik. Nəhayət KİVDF müəyyən KİV qurumlarınını yenidən maliyyələrini elan etdi. Bu maliyyəyə nəzər yetirsəniz görərsiniz ki, ötən illərlə müqayisədə daha çox məbləğdir"-deyə, M.Ələsgərli fikrini tamamlayıb.
sia.az