PDF Oxu

Siyasət

  • 4 414

"Vyana görüşü danışıqlar prosesinin irəli aparılmasına təkan oldu" ÖZƏL - ŞƏRH

"Vyana görüşü danışıqlar prosesinin irəli aparılmasına təkan oldu" ÖZƏL - ŞƏRH

"Bu ilin 29 mart tarixində Avstriyanın Vyana şəhərində uzun müddətdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüş keçirildi. Bildiyiniz kimi, bundan öncə dövlət başçıları arasında təmaslar olmuşdu. Bunlar daha çox beynəxalq təşkilatlar çərçivəsində iki liderin görüşü baş tutmuşdu. Bundan öncə 3 belə təmas olub. Lakin Vyanada keçirilən görüş ilk rəsmi görüş idi". Bunu SİA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.XİN sözçüsünün sözlərinə görə, bu görüş nəticəsində 3+2 formatında – yəni ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri və Azərbaycan, Ermənistan XİN rəhbərlərinin birgə bəyanatı qəbul olundu: "Ümumilikdə görüş çox normal və müsbət atmosferdə keçirildi. İki ölkə rəhbəri arasında iki saatdan çox üzbəüz söhbət aparıldı. Ondan sonra isə hər iki ölkənin XİN rəhbərləri və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə görüş davam etdirildi. Ümumilikdə isə üç saatdan çox danışıqlar aparıldı. İlk növbədə keçirilmiş görüş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlar prosesinin formatının dəyişilməz olduğunu bir daha sübut etdi. Bildiyiniz kimi, bundan öncə 9 mart tarixində ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış etmişdilər. Xatırlayırıq ki, Ermənistan rəhbərliyi tərəfindən tamamilə əsassız iddialar səsləndirilirdi. Bu görüşlər bir daha göstərdi ki, danışıqlar formatı dəyişilməzdir. Çünki nəzərə almaq lazımdır ki, danışıqlar formatı Ermənistan və Azərbaycanın razılığı olmadan dəyişdirilə bilməz. Çünki bu format ATƏT-in konsensus qərarı ilə müəyyənləşmiş bir formatdır.Vyana keçirilmiş görüş də bir daha bunu sübut etdi ki, münaqişənin həlli üzrə aparılan danışıqların əsas tərəfləri Ermənistan və Azərbaycandır. Bu görüş çox əhəmiyyətli və əslində dünya ictimaiyyətinin diqqət mərkəzində olan bir hadisə idi. Bildiyiniz kimi, görüşlə bağlı elə həmin gün BMT-nin baş katibi açıqlamasında görüşü alqışladığını və dəyər verdiyini bildirdi. Növbəti gün isə onun sözçüsü tərəfindən xüsusi açıqlama yayımlanmışdı. 31 mart tarixində isə Avropa İttifaqının, Avropa xarici fəaliyyət xidmətinin sözçüsü tərəfindən görüşün əhəmiyyətini vurğulayan digər bir açıqlama yayımlanmışdı. Yəni bütün bunlar onu göstərir ki, baş verən görüş dünya ictimaiyyətinin diqqət mərkəzində idi.Ümumilikdə bu görüş özü danışıqlar prosesinin irəli aparılmasına növbəti bir təkan oldu. Qəbul olunmuş birgə bəyannamə mətninə gəldikdə isə mətndə bir neçə vacib məqamlar qeyd olunmuşdu. Bəyanatda göstərilir ki, danışıqlar prosesinin irəliyə aparılması ilə bağlı bir sıra substantiv məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Eyni zamanda burada münaqişənin həlli üzrə danışıqlar prosesinin irəliyə aparılması üçün konkret və nəticəyəyönəlik addımlar atılmasının əhəmiyyəti göstərildi. Bəyanatda həmçinin hər iki dövlət rəhbərinin XİN rəhbərlərinin yaxın gələcəkdə növbəti görüşünün keçirilməsi ilə bağlı razılığa gəldiyi də öz əksini tapırdı”.

sia.az

Digər xəbərlər