PDF Oxu

Siyasət

  • 3 613

"Dövlət bu dəfə də öz vətəndaşını darda qoymadı" RƏY-ÖZƏL

"Dövlət bu dəfə də öz vətəndaşını darda qoymadı" RƏY-ÖZƏL

“Prezident İlham Əliyevin Nizami rayonundakı ticarət mərkəzində baş verən yanğın hadisəsini dərhal ciddi nəzarətə götürməsi, zərərçəkən sahibkarlara dövlət tərəfindən yardım göstərilməsi ilə bağlı tapşırıq verməsi bir daha sübut etdi ki, Azərbaycan dövləti, ölkə başçısı hər zamanöz vətəndaşının yanındadır və heç zaman onları darda qoymaz”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.Azərbaycanda həyata keçirilən sosial siyasətin digər ölkələr üçün nümunə olduğunu deyən deputat söyləyib ki, ölkəmiz yanğın hadisəsi zamanı da digər ölkələrdən tamamilə fərqləndi: "Bildiyiniz kimi dünyanın heç bir ölkəsində bu cür qərarlar qəbul olunmur. Azərbaycan dövlətinin digərlərindən fərqli olaraq istənilən hadisə zamanı vətəndaşlarının yanında olması, ölkəmizdə həyata keçirilən siyasətin vətəndaşların mənafeyinə xidmət etdiyinin bariz göstəricisidir".C.Paşazadə qeyd edib ki, dövlət başçısının imzaladığı “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında” Sərəncamına əsasən Prezidentinin ehtiyat fondundan ilkin olaraq 3 milyon manat ayrılması bir daha göstərir ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində insan amili və onun rifahı dayanır:"Onu da qeyd etmək lazımdır ki, sahibkarlar da cəmiyyətimizin bir təbəqəsi olaraq dövlətin dəstəyindən bəhrələnirlər. Bu gün Azərbaycanda sahibkarlığın inkişafına güclü dövlət dəstəyi mövcuddur. Müşavirədə dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanda sahibkarlığın inkişafı geniş vüsət alıb və ölkəmizin gələcək, uzunmüddətli, dayanıqlı inkişafı böyük dərəcədə sahibkarların fəaliyyəti ilə bağlıdır. Sahibkarlar müxtəlif sahələrdə, istehsalda, xidmət və ticarət sektorlarında çox fəal işləyirlər. Cənab Prezident dövlətin hər zaman sahibkarların yanında olacağını bəyan edib".

sia.az

Digər xəbərlər