PDF Oxu

Siyasət

  • 4 073

"Radikal müxalifətin lideri çıxışlarında səmimi deyil" ÖZƏL-ŞƏRH

"Radikal müxalifətin lideri çıxışlarında səmimi deyil" ÖZƏL-ŞƏRH

"Bu gün ölkəmizdə ictimai-siyasi sabitlik mövcuddur, ölkəmizin təhlükəsizliyi tam təmin edilib. Amma müəyyən xoşagəlməz tendensiyalar da var. Yəni ölkəmizdəki ictimai-siyasi sabitliyin pozulmasına gətirib çıxara biləcək belə bir niyyətin, məqsədin olduğu diqqətdən yayınmır". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.Deputatın sözlərinə görə, bu gün ölkəmizdəki ictimai-siyasi sabitliyin əsasında xalq-hakimiyyət birliyi dayanır: "Xüsusilə də xalqımız cənab Prezidentin atdığı addımları birmənalı şəkildə dəstəkləyir. Bu da təsadüfi deyil. Cənab Prezident üçün əsas məsələ milli maraq və milli mənafe məsələsidir. Xalqımızın milli maraqlarının və milli mənafeyinin müdafiəsi bu əsas istiqamətdir. Heç bir beynəlxalq siyasi dairənin, təşkilatın və böyük dövlətin diqtəsi altında deyil, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn siyasət həyata keçirilir. Həmin siyasətin sayəsində bu gün təhlükəsiz Azərbaycan mövcuddur. Müəyyən tendensiyalar və müəyyən proseslər var ki, bu sabitliyin pozulması mənafeyinə xidmət göstərir. Dövlət başçısı cənab İlham Əliyev dəfələrlə söyləyib ki, ölkəmizin daxilində sabitlik üçün elə bir ciddi təhdid mənbəyi yoxdur. Amma xaricdən təhdidlər mövcuddur. Azərbaycan dövləti güclüdür və bizdə səfərbər olunmuş cəmiyyət var. Təbii ki, biz o təhdidlərin də qarşısını almalıyıq. Xaricdə olan müəyyən antiazərbaycan, siyasi dairələr Azərbaycanın müsəlman ölkəsi olaraq ölkəmizdə olan sabitliyi, təhlükəsizlik mühitini və bu inkişafı qəbul etmir. Onlar çalışırlar ki, Azərbaycanın öz daxilində müəyyən siyasi qruplaşmalarla dialoqa girib sabitliyin pozulması ilə bağlı addımlar atsınlar.Bu söylədiklərimin qətiyyən müxalifətçiliklə əlaqəsi yoxdur. Müxalifət çox gözəl şeydir. Təki ölkəmizdə çox güclü, normal bir müxalifət olsun. İnanın ki, bundan bütün cəmiyyət udar. Amma sadəcə olaraq müxalifət adı altında hansısa beynəlxalq siyasi dairələrin mənafeyinə xidmət göstərib bu sabitliyi, təhlükəsizliyi pozmaq isə artıq bir xəyanətdir. Siz görmüsünüzmü ki, bu gün özünə radikal müxalifət deyən onun liderləri bir dəfə desinlər ki, Aprel döyüşləri bizim zəfərimiz, tarixi qələbəmiz idi. Amma biz şahidi oluruq ki, radikal müxalifətin lideri özünün “facebook” səhifəsində yazır ki, “gəlin görək Cocuq Mərcanlıya neçə nəfər qayıdacaq və qayıtsa da o, Cocuq Mərcanlıda neçə gün qalacaq”. Fikir verirsiniz, hətta bunu erməni belə söyləməz. Radikal müxalifətin lideri son çıxışlarının birində üzünü gənclərə tutub söyləyir ki, “siz niyə soyuqdan qorxursunuz və çəkinirsiniz. Siz görmədinizmi 90 gün ərzində Ukraynada gənclər qarda, şaxtada inqilab etdilər. Məgər siz həmin gənclərdən zəifsiniz?”. Əgər sizlər bunu söyləyirsinizsə sonadək səmimi olmaq lazımdır. Deyə bilərdiniz ki, bu gün təriflədiyiniz Ukrayna dövləti Suriyanın gününə düşüb. Onlar bu hissəni demirlər. Belə müxalifətçilik olmaz. Ona görə də hesab edirəm ki, biz ilk növbədə bu sabitliyi, təhlükəsizliyi, mühiti göz bəbəyi kimi qorumalıyıq. Çünki bu ümummilli məsələdir”.

sia.az

Digər xəbərlər