PDF Oxu

Siyasət

  • 3 299

Brüsseldə Əməkdaşlıq Şurasının iclası keçirilir

Brüsseldə Əməkdaşlıq Şurasının iclası keçirilir

Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iclası başlayıb.

Toplantıda Şərq Tərəfdaşlığı və Avropa qonşuluq siyasəti çərçivəsində Azərbaycanla Aİ arasında əməkdaşlığın vəziyyəti, yeni razılaşma üzrə danışıqlar müzakirə edilir. Bundan başqa, 2018-2020-ci illər üzrə Tərəfdaşlıq Prioritetlərinə dair fikir mübadiləsi aparılır.
Eləcə də iclasda Azərbaycanda aparılan islahatlar, iqtisadi-ticari və enerji sahələrində əməkdaşlıq, o cümlədən Cənub Qaz Dəhlizi layihəsi, nəqliyyat, təhsil, ətraf mühit kimi məsələlər, mobillilik, vizanın sadələşdirilməsi və readmissiya sazişinin icrası müzakirə olunur.

yap.org.az

Digər xəbərlər