PDF Oxu

Siyasət

  • 4 358

Aşpaz qadın səviyyəli mitinqçilər ÖZƏL- MÜNASİBƏT

Aşpaz qadın səviyyəli mitinqçilər ÖZƏL- MÜNASİBƏT

“Mən mitinq mübarizə yolunu bu insanlara göstərmişəm və sonradan özüm geri çəkilmişəm. Günah mənim özümdədir. Bunlar isə o mitinqdən başqa ayrı mübarizə yolunu tanımırlar. Onlar nə tələbələrlə, nə də gənclərlə görüşlərə gedirlər. Bəzən şikayətçi olurlar ki, bizi Ali məktəblərə buraxmırlar. Çox gözəl. Əgər bu alınmırsa, öz iqamətgahınıza tələbələri, gəncləri dəvət edin və görüşlər keçirin. Bunların görüşü nədən ibarətdir?”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, millət vəkili Araz Əlizadə deyib.Partiya sədrinin sözlərinə görə, 2013-cü il prezident seçkilərində Milli Şuranın lideri Cəmil Həsənli bir proqram ortaya qoya bilmədi: “Ona bir-iki dəfə deyiləndə ki, bəs sənin proqramın hardadı, o isə bir-iki səhifəlik bir-birindən absurd fikirlərlə yazı çap etdi. O qeyd edirdi ki, “büdcədən təhsilə ayrılan pulu artıracam”. Həmçinin də bildirirdi ki, “təhsil müəssisələrində işləyən işçilərin maaşı 300 faiz artıracam”. Mən isə ona deyirdim ki, siz adı bir hesabı bilmirsiniz. Siz, 200 faiz büdcəni, 300 faiz isə maaşları artırırsınız. Axı bu necə mümkün olan şeydir. Bu insanlar inkişaf etmirlər və öz üzərlərində işləmirlər. 12 il akademiyada işləyib bir elmi məqalə yaza bilməyən adam ölkəyə rəhbərlik etmək istəyir. Bunlar absurd məsələlərdir. Ümumiyyətlə mitinqdən qorxmaq lazım deyil. Hətta onlar bir ovuc adamla Azadlıq Meydanında keçirmək istədikləri mitinqdə belə gülünc görünərdilər. Onlar hələ də bilmirlər ki, artıq yalançı çobana çevriliblər. Artıq heç kəs onlara inanmır. Xalq onlara inanmır və inanmadığı üçün də mitinqlərə getmir. Burada nə iqtidarın, nə də hüquq-mühafizə orqanlarının rolu var. Burada bir rol var o da ancaq özlərinkidir. Həmin insanlar öz-özlərini ifşa ediblər”.Tural Abbaslı ilə İsgəndər Həmidovun əlbəyaxa davasına da münasibət bildirən ASDP sədri əlavə edib ki, bu heç cür anlaşılan deyil: “Onların səviyyəsi ancaq bundan ibarətdir. Burada yalnız bir böyük qüsur var. Lenin demişdir ki, “hər bir aşbaz qadın, dövləti idarə etməyi öyrənməlidir”. Laborantlar, kiçik elmi işçilər hakimiyyətə gələndən sonra isə belə bir qərar verildi ki, “hər bir aşbaz qadın bu dövləti idarə etməlidir”. Onlar elə o aşbaz qadın səviyyəsində də qalıblar”. Bunlar özlərinə lider deyəndə mənim yalnız gülməyim gəlir”.

sia.az

Digər xəbərlər