PDF Oxu

Siyasət

  • 4 291

“"SƏS"in tarixi mövqeyini qorxmadan, çəkinmədən davam etdirəcəyik” - BAŞ REDAKTORDAN SƏRT CAVAB

“"SƏS"in tarixi mövqeyini qorxmadan, çəkinmədən davam etdirəcəyik” - BAŞ REDAKTORDAN SƏRT CAVAB

““SƏS” qəzeti öz tarixi missiyasını davam etdirən və müstəqilliyimizin əldə edilməsində, dövlətçilik maraqlarının qorunmasında, inkişaf etdirilməsində məxsusi yeri və rolu olan iqtidaryönlü radikal mətbu orqanıdır və bu reallıq hər zaman olub, bundan sonra da olacaq”. Sözügedən fikirləri SİA-ya “SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev “Yeni Müsavat”ın canlı yayımında “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə “SƏS” qəzetinin siyasət şöbəsinin müdiri İlham Əliyevin debatına münasibətini açıqlayarkən deyib.O, qeyd edib ki, “SƏS” qəzeti müxtəlif dövrlərdə Azərbaycan dövləti və xalqı əleyhinə çıxış edən istənilən siyasi təşkilatlara, siyasi şəxslərə, məmurlara, o cümlədən, beynəlxalq təşkilat və qurumlara öz kəskin prinsipiallığı, barışmaz mübarizliyi, dəyişilməz əqidəsi və kredosu ilə cavab verib, bundan sonra da belə olacaq: “Yəni kimliyindən, hansı siyasi mənsubiyyətə malik olmasından asılı olmayaraq, hər hansı bir şəxs və qurum Azərbaycan dövlətinin və xalqının əleyhinə fəaliyyət göstərərsə, bu zaman qarşısında mütləq “SƏS” qəzetini, qəzetin iti süngüsünü - qələmini görəcək. Bundan kimsənin şübhəsi olmasın”.Bəhruz Quliyev əlavə edib ki, bu gün özlərini mətbuat adamı kimi təqdim edən bir qrup insan nədənsə bəlli mövzular ortaya çıxan kimi “SƏS” qəzetinin fəaliyyəti barədə danışırlar: “Bu mətbu orqanın kəskin tənqidlərini özlərinə həqarət bilənlər əslində, həmin problemi özlərində axtarmalıdırlar. Qəzet cəmiyyətin aynasıdır və bəlli tənqidi yazılar, məqalələr kimlərisə bu qədər narahat edirsə, həmin narahatlıqlarının köklərini ilk öncə özlərində arayıb-axtarmalı, həqiqəti dərk etməlidirlər. Bəli, bu qəzet yuxarıda qeyd etdiyim bir sıra amillərə söykənərək, kifayət qədər sərt, kəskin mövqelər nümayiş etdirib. Bu kimi mövqelər isə əlbəttə, “SƏS”in, bütövlükdə isə "Səs"çilərin dövlətə bağlılıqlarının bariz sübutudur. Əbəs deyil ki, bu qəzetin fəaliyyəti Ulu Öndərimiz Heydər Əliyev tərəfindən, eləcə də cənab Prezident İlham Əliyev tərəfindən çox yüksək qiymətləndirilib və biz - “SƏS” ailəsi olaraq, tarixi mövqeyimizin dəyişilməzliyini əməli fəaliyyətimizlə qorxmadan, çəkinmədən davam etdirəcəyik”.

sia.az

Digər xəbərlər