PDF Oxu

Siyasət

  • 3 551

"1 il bütün istiqamətlərdə “İslahatlar ili” kimi yadda qalacaq" ÖZƏL-MÜNASİBƏT

image

"Bu ilin aprelin 11-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Prezidentlik fəaliyyətindən 1 il ötür". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.Deputatın sözlərinə görə, bu 1 il ərzində ölkə başçısının həm xarici siyasətdə, həm də daxili siyasətdə gördüyü işləri saymaqla qurtarmaq mümkün deyil: "Yəni xarici siyasətdə beynəlxalq təşkilatlarla, bir sıra dövlətlərlə görüşlər, bağlanan müqavilələr, imzalanan sənədlər, Azərbaycanımızın bu təşkilatlarda, qurumlarda nüfuzunun yüksədilməsi, eyni zamanda bir sıra dövlətlərlə münasibətlərimizin daha yüksək səviyyədə inkişaf etməsi, yaxınlaşması və s. hamısı cənab Prezidentimizin uğurlu xarici siyasətinin nəticəsidir. Daxili siyasətimizdə bu 1 il bütün istiqamətlərdə "İslahatlar ili" kimi yadda qalacaq.Mən xüsusilə sosial sahədə sosialyönümlü islahatların keçirilməsini yüksək dəyərləndirirəm. Son üç ayda sosial sahədə olan dəyişikliklər, verilən sərəncamlar, qəbul olunan qərarlar, vətəndaşlarımızın sosial-məişət vəziyyətinin yaxşılaşması istiqamətində görülən işlər və s. bütün sahələri əhatə edir. Təbii ki, bu da inkişafdan xəbər verir, maddi-durumun yaxşılaşmasından xəbər verir. Hesab edirəm ki, bunlardan ən üstünü bizim hərbi sahəyə verdiyimiz dəyərdir, qiymətdir. Bu ilin aprelin 2-də Aprel döyüşlərinin növbəti ildönümü ərəfəsində Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində oldu. Ölkə başçısının orada verdiyi bəyanatlar, tapşırıqlar, göstərişlər, mesajlar çox yüksək dəyərləndirilməlidir. Hesab edirəm ki, cənab Prezidentimizin bir illik prezidentlik dövrü çox dəyərli, məhsuldar və gələcəyə qələbələrə hesablanmış bir fəaliyyətdir".

sia.az

Digər xəbərlər