“Ümumiyyətlə Ermənistan baş naziri Nikol Paşinyan hakimiyyətə gələndən sonra Azərbaycanın son bir il müddətində Ermənistanla aparılan danışıqlarında elə bir ciddi dəyişiklik görmədim”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.“Çünki Azərbaycan tərəfi nə qədər nə cəhd etsə də, beynəlxalq hüquq normalarına əməl etsə də, sülh danışıqlarının tərəfdarı olsa da, Ermənistan tərəfi həm formatı dəyişdirmək istəyirdi, həm də qondarma “Dağlıq Qarabağ Respublikası”nı danışıqlara qoşmaq istəyirdi. Amma Ermənistanın bu cəhdləri alınmadı. Bütün hallarda əgər sülh danışıqları statusunda götürsək, demək olar ki Azərbaycan öz xarici siyasətini dəyişmədi. Bu mənada Azərbaycan siyasətində sabitlik məsələsi gündəmdədir. Ümumilikdə isə mən xarici siyasətimizdə başqa bir problem görmürəm”, - deyə, politoloq fikrini tamamlayıb.
sia.az