Siyasət

  • 3 169

"Biz 24 apreldə ermənilərdən də güclü aksiyalar keçirməliyik" ÖZƏL-MÖVQE

image

““İt hürər, karvan keçər” məntiqi ilə yanaşıb ermənilərin qondarma “soyqırım” iddialarına cavab verməmək olar. Biz bunlara çox diqqət yetirdikcə sanki onların "iynəsi tikiş tutur", haqlı olduqlarını düşünüb bir az da qızışırlar və qudururlar”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.Deputatın sözlərinə görə, bunların havadarları və onlara fitva verənlər də fürsətdən istifadə edib türk dünyasına təzyiq edirlər ki, biz də ”soyqırım"ı tanıya bilərik: “Tanıyıb neyləyəcəksən? Lap tanı. Bu günə qədər tanıyanlar nəyə nail olublar ki, sən də nəsə edəsən".E.Məmmədov eyni zamanda hesab edir ki, ermənilər uydurduqları 24 aprel tarixində əslində Türkiyə və Azərbaycan ərazisində, Ermənistan adlandırılan Qərbi Azərbaycanda türklərə qarşı soyqırım törədiblər: “Mövcud olan toplu məzarlıqlar da onu göstərir ki, ermənilər və onların havadarları tərəfindən türklərə qarşı soyqırım törədilib. Bu mənada həm də düşünürəm ki, biz həmin gün ermənilərdən də güclü aksiyalar keçirməliyik. Hər halda, biz cavab tədbirləri keçirməliyik, ancaq müdafiə yox, hücum xarakterli, onlardan daha aqressiv, daha güclü, daha həqiqətə uyğun formada”.

sia.az

Digər xəbərlər