Siyasət

  • 5 063

"Ölkədəki sakitliyi və inkişafı dəyərləndirməyi bacarmalıyıq" ÖZƏL -MÜNASİBƏT

image

"Azərbaycan elə bir dövlətdir ki, burada xalq-hakimiyyət birliyi ən yüksək səviyyədədir. Məhz bu durumda həmin o şəbəkəni daim narahat edir. Onların məqsədi Azərbaycanda hakimiyyətlə xalqın arasına girmək, ölkədə vətəndaş qarşıdurması yaratmaq və insanlar arasında bir uçuruma nail olmaqdır. Amma aparılan islahatlar, xüsusən də dövlətin və cənab Prezident İlham Əliyevin şəxsən özünün hər bir vətəndaşın rifah halının yüksədilməsi üçün atdığı addımlar həmin şəbəkənin uğur qazanmasına mane olur. Yəni bunlara qarşı əlbəttə ki, davamlı mübarizə aparılmalıdır". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib."Amma mən inanmıram ki, onlar o qədər güclü və imkanlara malikdir ki, biz bütün enerjimizi həmin adamlara sərf etməliyik. Sadəcə olaraq onlar könül bulandırmaqla məşğuldurlar və cəmiyyətdə çaşqınlıq yaratmağa çalışırlar. Hər halda Azərbaycan cəmiyyəti də çaşqınlıqların nəyə gətirib çıxaracağını yaxşı bilir. Yəni bizim gözümüzün qarşısında Suriya, Liviya, Əfqanıstan, İraq kimi örnəklər var. Həmin şəbəkə də Azərbaycanı o sıraya qoşmaq istəyir. Təbiidir ki, insanlarımız da ayıq-sayıq olduqlarına görə, bu cür iddialara, çağırışlara heç də boyun əymirlər. Yəni biz nə etməliyik? Biz sabitliyin qədrini bilməliyik, ölkədəki sakitliyi və inkişafı dəyərləndirməyi bacarmalıyıq. Eləcə də biz insanların öz təhlükəsizliyinin ən yüksək səviyyədə təmin edildiyi ölkədə yaşamasını anlamalıyıq. Bütün bunlar həmin şəbəkəyə çox ciddi bir təpki deməkdir. Əlbəttə ki, onlar əsəbləşəcəklər və daha irəli getmək istəyəcəklər amma qarşılarında Azərbaycan xalqını hakimiyyətlə birlikdə görəndə mütləq həmişə olduğu kimi geri çəkilməyə məcbur olacaqlar. Yəni bizim edəcəyimiz budur. Bununla da bizə qarşı gələn istər şimaldan, cənubdan, istərsə də şərqdən, qərbdən qüvvələr sadəcə olaraq geri çəkilməyə məcbur olacaqlar. Necə ki, biz son illər ərzində davamlı olaraq onların geri çəkilməsinin şahidi olmuşuq”-deyə, A.Həsrət fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər